Yasamal rayonunun əsas küçələrinin birində hərəkətdə dəyişiklik edilib. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Dəyişiklik Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində olub. Belə ki, bundan sonra Nazim Hikmət küçəsindən metronun “İnşaatçılar” stansiyası istiqamətinə birbaşa hərəkət etmək mümkün olmayacaq. Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər.
“İnşaatcılar” m/st istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyədönmədən istifadə edə biləcəklər.
Dəyişikliklərlə bağlı artıq müvafiq yol nişanları quraşdırılıb.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/10/video_2023-10-04_10-50-42.mp4"][/video]