Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə vida mərasimi sabah, 12 oktyabr tarixində sabah 13:00-dan 16:00-dək Təzə Pir məscidində keçiriləcək. Bu haqda bu gün, 11 oktyabr tarixində APA-ya istinadən Bakuplus.az məlumat verir.
Ruhəngiz Qasımovanın nəşi bu gün Honkonqdan gətiriləcək. Dəfn mərasimi Yasamal qəbiristanlığında başa tutacaq. Bəstəkar həyat yoldaşının yanında dəfn olunacaq.
Verilən məlumata görə, mərhum böyrək çatışmazlığından əziyyət çəkirdi, Honkonqda on gün xəstəxanada yatırdı. Ruhəngiz xanımın qızı Canana Süleymanlının sözlərinə görə, ona hayat yoldaşının vəfatı təsir etmişdi.
Ruhəngiz Qasımova 9 oktyabr tarixində dünyasını dəyişib.