Bakıda Səbail Rayon Polis İdarəsinə yeni təyinat olub. Bu haqda Qafqazinfo.az xəbər verib.
Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Röyal Hümbətov işdən azad olunub.
R.Hümbətov Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə rəis təyin olunub.