Daxili İşlər Nazirliyinin strukturunda kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 11 yanvar tarixində Oxu.az məlumat yayıb.
Polis polkovnik-leytenantı Atik Cəlilzadə Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Cibgirlik Cinayətlərinə qarşı Mübarizə Bölməsinin rəisi vəzifəsindən azad edilib.
O, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.