Bakıda yol polisinin üstünə maşın sürüb qaçıblar. Bu haqda 14 may tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Səbail rayonu, Salyan şosesidə 90-GY-654 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü polisin "saxla" əmrinə tabe olmayıb. O, paytaxt istiqamətində sıxlığı tənzimləmək üçün avtomobilləri saxlayan YPX əməkdaşının üzərinə maşın sürərək qaçıb.
Görüntülər digər avtomobildə olan videoqeydiyyat kamerasına anbaan düşüb.