Bakının Səbail rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, qadının 1600 manat dəyərində mobil telefonu oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Qaçayev və N.Ağaşov saxlanılıblar.
Hazırda araşdırmalar davam etdirilir.