Nöqsanlı binada pilləkən qəfəsi inşa olunub. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi, 5 ünvanında yerləşən “Pilot Residence” MTK-ya aid onbirmərtəbəli binanın üçüncü girişindəki pilləkən qəfəsinin 1-ci mərtəbədəki hissəsinin olmaması barədə məlumat yayılmışdı.
Nazirlik əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı şikayətlər öz təsdiqini tapıb. MTK tərəfindən pilləkən qəfəsi inşa olunaraq sakinlərin istifadəsinə verilib.