Bu gün saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanacaq. Bu haqda bu gün, 11 aprel tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) məlumat verib.
Həmin ərazidə "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılacaq.
Daha öncə Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi bağlanıb.