Bakının mərkəzində təmir işləri aparılır. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Səməd Vurğun küçəsinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsinə qədər olan hissəsində təmir-bərpa işləri aparılır. Bununla bağlı yolda hərəkət qismən məhdudlaşdırılıb.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.