Bakının Binəqədi rayonunda yerləşən “Baksol” adlanan yol təmir işləri ilə əlaqədar sabahadək bağlı olacaq. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.
Nəqliyyat vasitələrinin hərəkəti saat 22:00-dək məhdudlaşdırılıb.
Sürücülərdən öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.