Bakıda silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında polis əməkdaşları tərəfindən 4 ədəd avtomat silahı, 8 ədəd qumbara, 7 alışdırıcı, 36 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 101 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Profilaktik tədbirlər davam edir.