Bakıda istehlaka yararsız və istifadə müddəti bitmiş qənnadı məmulatları məhv edilib. Bu haqda 6 sentyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
“Təmiz Şəhər” ASC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda ümumi çəkisi 18.440 kq məhsul utilizasiya edilib. Məhv olunmuş məhsullar “N.A.N.T” MMC-yə məxsus olub.