top
Səsi ilə çoxlarının qəlbini fəth edən  sənətkarın ad günüdür
22 avqust 2026, 01:18
- ↺ +

Səsi ilə çoxlarının qəlbini fəth edən sənətkarın ad günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avqustun 22-si Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) doğum günüdür.

Aygün Bəylər 1975-ci ildə Bakıda anadan olub.

İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə filarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün təhsil ocağının tələbəsi olub.

Professional səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışları, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradıb.

1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov və Alim Qasımovdan muğamın incəliklərini öyrənir.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə "Əməkdar artist" fəxri adına layiq görülüb.

2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Azərbaycan muğam məktəbini uğurla təmsil edərək festivalın qalibi olub.

2005-10-cu illər arası Aygün Hümmətova Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Niderland, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. kimi dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı olaraq solo konsertlərlə çıxışlar edib.

2012-ci ildə Aygün Hümmətova Bakı Musiqi Akademiyasının yeni açılan Simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olub.

2015-ci ildə solo konsert təşkil etmək üçün lazım olan məbləğə görə evini girov qoyub. "Günəşli" neft yatağında baş verən yanğın hadisəsi ilə üst-üstə düşdüyünə görə konsert baş tutmayıb, nəticədə Aygün Bəylər həmin məbləği itirib.

O, xərçəngə tutulma səbəbini də məhz bu hadisə nəticəsində keçirdiyi stres ilə əlaqələndirib.

2022-ci ildə Aygün Bəylərə ölkə başçısı tərəfindən ev hədiyyə olunub.

Əməkdar artist Aygün Bəylər 6 yanvar 2024-cü ildə Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. 8 yanvar tarixində isə Bakıda, Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 15:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Bu gün, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Bu gün, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Bu gün, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Bu gün, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Bu gün, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
21 oktyabr 2026, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
21 oktyabr 2026, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Oxşar xəbərlər