top
Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım - Faiq Cabbarov
07 sentyabr 2026, 17:22
- ↺ +

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın sabiq futbolçusu Faiq Cabbarov çətin tale yaşamış insandır. Ölkənin müxtəlif klublarında çıxış etmiş idmançı karyerasının əsas hissəsini "Kəpəz"də keçirib. Cabbarov bir neçə dəfə Azərbaycan çempionu və Azərbaycan Kubokunun qalibi olub. Vaxtilə ən istedadlı və perspektivli futbolçulardan biri hesab olunan Cabbarov bir anda səhv yola qədəm qoyub. İndi isə ölkənin aparıcı məşqçilərindən biri olmaq əvəzinə səhhəti ilə bağlı ciddi problem və işsizliklə üzləşib, köməyə ehtiyacı var.

İdman.biz-ə müsahibəsində Faiq Cabbarov deyib ki, son vaxtlar işsizlik səbəbindən içkiyə meyillənib və bu da öz təsirini göstərib. Sabiq futbolçu qaraciyərində yaranan problemlər səbəbindən xəstəxanada müalicə olunur.

"Tam yox, sanki ölümcül sirroza gedən bir yoldur, təəssüf ki, mənim... Sağ olsunlar, bəzi futbolçu dostlarım kömək etdilər. Dedilər ki, "Hələ yaşamalısan. Sən futbola lazımsan". Müalicə kursu keçdim. Üçüncü kursum qalıb. Amma özümü daha yaxşı hiss edirəm", - deyə o vurğulayıb.

Cabbarov etiraf edir ki, doğma komandası "Kəpəz"dən heç kim onun səhhəti ilə maraqlanmaq üçün xəstəxanaya gəlməyib. O, belə münasibəti gözləmirdi.

"Birincisi, mənə "Kəpəz" komandası tərəfindən yardım olunmalı idi. Niyə? Çünki mən cavanlığımı Azərbaycan futboluna sərf etmişəm. Üç dəfə "Kəpəz"lə çempion olmuşam. Amma inanın Allaha, "Kəpəz"dən bir nəfər də klinikada qapımı açmadı. Mənə onlardan maddi kömək lazım deyil. Əli boş gələrdi, "Sənin səhhətin necədir?" deyə soruşardı. Mən özüm də yerliyəm, Gəncəliyəm. Yəni, bunlardan kömək olmadıqdan sonra mən AFFA-dan nə gözləyim?", - deyə Cabbarov sual verir.

O, xatırladır ki, "Kəpəz" futbol klubu tarixə ilk və indiyədək yeganə məğlubiyyətsiz Azərbaycan çempionu kimi düşüb. Faiq Cabbarov da həmin tarixin bir parçası olub. Millimizin sabiq müdafiəçisi klubun ona qarşı laqeydliyi isə özünün dürüstlüyü ilə əlaqələndirir.

"Bizdə belədir: sözü düz deyən adamı istəmirlər. Gərək "pultla" idarə olunasan. Amma o məndə yoxdur. Milli komandada ən sevdiyim məşqçi Vaqif Sadıqov olub. Onun yolu ilə getməyə çalışmışam - həm məşqçilikdə, həm də insanlıqda. Düzdür, səhvlərim olub. Hər insanın bir zəif yeri olur. Mənim də zəif yerlərim əsəbiləşəndə, işsiz qalanda özünü büruzə verirdi. Amma şükürlər olsun ki, Dieqo Maradona kimi narkotikə yox, içkiyə qurşandım. Böyük səhv etmişəm", - deyə o bildirib.

Cabbarov qeyd edir ki, futbola qayıtmaq niyyəti ciddidir və artıq pis vərdişlərdən uzaqlaşıb. 54 yaşlı sabiq futbolçu məscidə gedərək içkiyə tövbə etdiyini, artıq iki aydır spirtli içki qəbul etmədiyini deyir. Xəstəxanadan çıxan kimi formaya qayıtmaq üçün yavaş-yavaş idman etməyə başlayıb. Hələlik futbolla bağlı ona təklif gəlməyib.

Lakin onun sözlərinə görə, işə hər an hazırdır: "Mənim işim məşqçilikdir. Mən futbola qayıtmaq istəyirəm. Bu mənim sənətimdir. Mənə dedilər ki, futbola lazımsan. Mən də həqiqətən görürəm ki, elədir. Yaşlanmamışam hələ və futbola canımı qoyaram".

Futbolla bağlı onun çoxlu gözəl xatirələri var. Onlardan biri isə məşhur futbolçu Erik Kantona ilə bağlıdır – fransalı hücumcu ona öz formasını hədiyyə edib.

"Kantonadan bizim komandaya qarşı oyundan sonra müsahibə alırdılar və soruşublar: "Siz Azərbaycandan olan belə zəif komandaya qarşı oynadınız və necə oldu ki, qol vura bilmədiniz?". O da cavab verib: "Bir cavan oğlan oynamağa imkan vermədi". Yəni, mən Avropanın ən güclü hücumçularına qarşı oynamışam".

Faiq Cabbarov hələ də Azərbaycan futbolunu yaxından izləyir və ölkə çempionatına böyük maraq göstərir. O, "Kəpəz"ə azarkeşlik edir, qəlbində xüsusi yer tutan "Neftçi"nin, eləcə də "Qarabağ"ın çıxışlarını izləyir və digər klubların uğurlarına da sevinir. Çünki onun üçün əsas olan Azərbaycan futbolunun yüksək səviyyəyə çatmasıdır.

"Oyuna baxan zaman, qol mənim üçün o qədər də maraq kəsb etmir. Qola heç diqqət etmirəm. Mənə maraqlıdır ki, yarımmüdafiəçi nə edir, müdafiəçi özünü necə göstərir, qapıçı necə oynayır. Mən bütün bu detallara fikir verirəm. Hansı komandanın qalib gəlməsinin elə də fərqi yoxdur. Mən gözəl, taktiki futbol görmək istəyirəm. Əsas odur ki, Azərbaycan futbolu inkişaf etsin", – deyə sabiq futbolçu sözlərini yekunlaşdırıb.

Son xəbərlər

Xəbər
Bu gün, 15:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Bu gün, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Bu gün, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Bu gün, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Bu gün, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Bu gün, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
21 oktyabr 2026, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
21 oktyabr 2026, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Oxşar xəbərlər