Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılır. Bu haqda 6 oktyabr tarixində Bakuplus.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat verir.
Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə 10 oktyabr 2022-ci il tarixindən etibarən saat 07:25-də Sumqayıtdan paytaxta hər gün əlavə qatar yola düşəcək.
Bununla əlaqədar Bakıdan Gəncəyə 08:00-da yola düşən qatarın vaxtı dəyişdirilərək 08:45-ə keçirilib.
Gəncə-Bakı reysində isə heç bir dəyişiklik yoxdur.