Paytaxtın Suraxanı rayonunda polis karantin qaydalarının pozulmasına qarşı reydlər keçirib. Bu haqda bu gün, 14 fevral tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Yoxlamalar qapalı məkanlarda aparılıb, taksilərdə qaydalara əməl olunma şəraiti də yoxlanılıb. İctimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən vətəndaşlarla profilaktik söhbətlər aparılıb. Bəzi şəxslər cərimələnib.
Taksilərdə şəffaf arakəsmələr isifadə etməyən və ya peyvənd olunmayan sürücülər, həmçinin ön oturucağında tibbi maskadan istifadə etməyən sərnişinlər cəzalanıb.