Vilayət Eyvazov Bakıda polis bölməsinin rəisi ilə bağlı qərar çıxarıb. Bu haqda 23 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli vəzifəsindən azad olunub.
Digər əmrə əsasən, o, Suraxanı rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.