Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində baş vermiş yanğının təfərrüatları məlum olub. Bu haqda bu gün, 7 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Üçmərtəbəli orta məktəbin ümumi sahəsi 36 kv.m olan ikinci mərtəbəsi 4 kv.m sahədə yanıb. İçəridə olan kompüter, kondisioner və yumşaq mebel dəsti kül olub. Mərtəbədən 80 nəfər şagird təxliyə olunub.
Binanın digər hissələrinə ziyan dəyməyib. Yanğının səbəbi araşdırılır.
Daha öncə bu gün, 7 yanvar səhər saatlarında 84 nömrəli tam orta məktəbdə yanğın başlamışdır.