Paytaxtın Suraxanı rayonu, Aşıq Pəri 303A ünvanında yerləşən alkoqolsuz içkilərin istehsalı müəssisəsində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 13 dekabr tarixində Qida Təhlükəsizliyinin mətbuat xidməti məlumat yayıb.
“Good Life” adı altında istehsal olunan içkinin tərkibində şaftalı püresi olduğu yazılsa da, əslində alma püresi və şaftalı aromatizatorundan istifadə olunduğu məlum olub.
Həmçinin, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, işçilərin sanitar-gigiyenik qaydalara məhəl qoymadığı müəyyən edilib.
Nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb.
[URIS id=19913]