Paytaxtın Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində sakinlər avtomobil yoluna tramplin quraşdırıblar. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Ərazinin bir neçə yerində dövlət qurumları ilə razılaşdırılmadan avtomobillərin sürətini azaltmaq üçün maneələr quraşdırılıb. Bu da sürücülərin narazılığına səbəb olur.
Dövlət Yol Polisinin mətbuat katibi Araz Əsgərli bildirib ki, qanunsuz maneələr quraşdıranlar məsuliyyətə cəlb oluna bilər. Fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500, hüquqi şəxslər üçün isə 3000-4000 manat dəyərində cərimə nəzərdə tutulub.