Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
262 saylı tam orta məktəbdə keçirilən təbirdə İcra Hakimiyyətinin başçısı, əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən mövzular müzakirə olunub. Ən sonda məsələlərin həlli üçün yerində müvafiq tapşırıqlar verilib.