Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin məsul katibi Atababa Hacıbabayev 75 yaşında dünyasını dəyişib. Bu haqda 18 sentyabr tarixində Mətbuat Şurasının mətbuat xidməti məlumat verib.
Atababa İsmayıl oğlu Hacıbabayev 1947-ci ildə Bakıda anadan olub. 1966-ci ildən başlayaraq o, mətbuat sahəsində çalışıb, ömrünün 35 ilini “Ədəbiyyat qəzeti”nə həsr edib.
Hacıbabayev çoxsaylı kitabların, maarifləndirici proqramların müəllifi və redaktoru, həmçinin televiziya və radio proqramlarının müəllifi olub. Jurnalist həm də peşəkar teatr tənqidçisi, yumorist, müəllim və tərcüməçi kimi tanınıb.