top
Təhsil tələbə kreditlərinə müraciət başladı
03 avqust 2026, 15:11
- ↺ +

Təhsil tələbə kreditlərinə müraciət başladı

Saat 15:00-dan etibarən 2026-2027-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü başlayır.

Təhsil Tələbə Krediti Fondunun (TTKF)məlumatına görə, müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə qəbul edəcək.

Dövlət İmtahan Mərkəzinin qəbul müsabiqəsinin nəticələrinə əsasən magistratura səviyyəsinə yeni qəbul olunmuş tələbələr, eləcə də ali, orta ixtisas və peşə təhsili müəssisələrinin 2-ci və daha yuxarı kurslarında təhsil alan tələbələr həmin tarixdən etibarən portal üzərindən sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Bakalavriat səviyyəsinə yeni qəbul olunan tələbələr üçün isə müraciətlər ixtisas seçimi başa çatdıqdan sonra açılacaq.

Magistraturaya qəbul olunan tələbələr portal.edu.az sistemi vasitəsilə tələbə qeydiyyatını həyata keçirərkən paralel olaraq e-ttkf.edu.az portalı üzərindən təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.

"Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üzrə standart təhsil tələbə kreditindən yararlanmaq üçün aşağıdakı minimal qəbul göstəriciləri müəyyən edilib:

Subbakalavr – minimum 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal;

Bakalavriat – minimum 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal;

Magistratura – minimum 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal;

SAT nəticələri əsasında qəbul olunanlar üçün – minimum 1200 bal;

Texniki və yüksək texniki peşə təhsili üzrə – attestatda müvafiq fənlər üzrə yekun qiymətlərin ədədi ortası minimum 3 olmalıdır.

Bu minimal göstəricilər yalnız standart təhsil tələbə kreditlərinə şamil edilir. Sosial təhsil tələbə kreditləri üzrə isə minimal qəbul balı tələbi tətbiq edilmir", - məlumatda bildirilib.

Qeyd edilib ki, bakalavriat və subbakalavr səviyyələrinə yeni qəbul olunan tələbələr ixtisas seçimini başa vurduqdan sonra təhsil müəssisəsində qeydiyyat zamanı paralel şəkildə e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciətlərini təqdim edə biləcəklər.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər