Mərdəkan qəsəbəsində ting paylama aksiyası keçiriləcək. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Bir ağac – min nəfəs” layihəsi çərçivəsində keçirilən aksiyada tullantıları, plastik (minimum 10 litr həcmində), şüşə (minimum 5 litr həcmində), kağız və ya işlənmiş batareya (minimum 3 ədəd) təhvil verərək əvəzində ting əldə etmək mümkündür.
Tədbir 24 noyabr saat 15:00-da Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 76/1 ünvanında, “Rahat Gourmetmarket”də təşkil olunacaq.