DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Tofiq Yaqublunun saxlanması ilə bağlı açıqlama verib. Bu haqda BakuPlus.az bu gün, 30 sentyabr tarixində xəbər verir.
Elşad Hacıyev bildirib ki, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır.
Araşdırma başa çatan kimi Yaqublu sərbəst buraxılacaqdır.