Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağında uşaqların dəri problemləri ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 24 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
TƏBİB-dən bildirilib ki, dərilərində problem olan uşaqlar 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər. Onlar analiz olunub və qoturluq aşkarlanmayıb. Uşaqlara müvafiq müalicələr edilib. Daha sonra onlar sığınacağa geri göndəriliblər.
Bundan əlavə, TƏBİB tərəfindən sığınacağa həkim briqadası göndərilib, psixiatrik-nevroloji problemi olan uşaqlar nevropatoloq tərəfindən müayinə olunub, eləcə də həkim müayinəsi aparılıb.
Bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə öz sosial media hesabında sığınacaqdakı uşaqlar arasında qotura bənzər dəri xəstəliyinin yayıldığı haqda məlumat verilmişdir.