Xəzər rayonunda şəhid və qazi övladlarının iştirakı ilə yay düşərgəsi keçiriləcək. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
“Biz Birlikdə Güclüyük!” adlı düşərgədə 100 nəfər balaca qız iştirak edəcək. 10 gün davam edəcək tədbirdə müxtəlif mövzularda təlim, ekskursiya və əyləncəli oyunlar keçiriləcək. Həmçinin düşərgə iştirakçılarının Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunacaq.
Düşərgə 22-31 avqust tarixlərində Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, döngə 4 ünvanında baş tutacaq.