Bakıda fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Bu haqda BakuPlus.az agentliyin mətbuat xidmətinə istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.
Ötən gün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış monitorinqlər zamanı Xətai rayonunda aşkarlanmış uyğunsuzluqlarla əlaqədar sökülmüş, lakin qanunsuz bərpa edilmiş metal konstruksiyalar təkrarən sökülüb.
Aparılan reydlər zamanı sökülmə işləri 6 obyektdə görülüb.