Paytaxtın Xətai rayonundakı yolların təmir-bərpa işləri ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu barədə 9 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Sərəncama əsasən, rayon ərazisində avtomobil yollarının yenidən qurulması üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,27 milyon manat ayrılıb.