Paytaxtın Xətai rayonu, Sarayevo küçəsi, 22 ünvanında qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
"Turan 97" MMC sözügedən ərazidə avtodayanacaq yaradılması üçün ağacları qanunsuz kəsib və təbiətə 8580 AZN ziyan vurub.
Faktla bağlı toplanmış sənədlər prokurorluğa göndərilib, kəsilən ağacların əvəzinə yeniləri əkilib.