Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni parklanma zonası yaradılır. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Adıçəkilən küçədə yeni parklanma zonasının yaradılması sakinlərin narazılığına səbəb olub. Belə ki, onlar küçənin onsuz dar olduğunu və sıxlıq yaranacağını bildiriblər. Parklanma zonasının ərazidə inşa olunan yeni bina üçün yaradıldığı vurğulanıb.
Yasamal Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirilib ki, həmin parklanma ilə bağlı bütün aidiyyəti qurumlar tərəfindən müsbət rəylər verilib.
