Bakının 2 küçəsində hərəkət qismən bağlanır. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Hərəkətin məhdudlaşdırılacağı küçələr aşağıdakılardır:
- Yasamal rayonu, Həsən Məcidov küçəsinin Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissəsi;
- Nizami rayonu, Elşən Süleymanov küçəsinin Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissəsi.
Adıçəkilən ərazilərdə bu gündən etibarən təmir işlərinə başlanılır. İşlərin 4 gün davam edəcəyi bildirilir.