MİDA Yasamal Yaşayış Kompleksinin sakinləri “Zefir” ticarət mərkəzinin yaxınlığındakı 6 hektar yaşıllıq sahəsinin bərpası, mühafizəsi və meşə parkına çevrilməsi xahişi ilə aidiyyəti qurumlara müraciət ediblər. Bu haqda bu gün, 8 iyul tarixində Bakı Gündəliyi öz Facebook səhifəsində məlumat yayıb.
Sakinlər müraciətlərini Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Fondu və “IDEA” İctimai Birliyinə ünvanlayıblar.
Həmin ərazidə uzunmüddətli tikinti işləri aparıldıqdan sonra yaxınlıqdakı meşəlikdə məişət və tikinti tullantılarına rast gəlmək olur. Həmçinin beton töküldüyündən, torpağın bir hissəsi yararsız hala düşüb.
[caption id="attachment_51884" align="alignnone" width="896"]
Foto Bakı Gündəliyi Facebook səhifəsi[/caption]