Yeni Günəşli ərazisində yerləşən 1.5 hektarlıq ərazidə salınan Ana-bala parkı 10 ilə yaxındır təmir adı ilə bağlanıb. Bu haqda Azərbaycan Televiziya kanalı reportaj hazırlayıb.
2012-ci ildən təmirə bağlanan ərazidə nəinki istirahət etmək, hətta gəzmək belə təhlükəlidir. 2014-cü ilə qədər bəzi işlər görülsə də, maliyyə səbəbindən təmir-bərpa prosesi dayanıb.
Suraxanı Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, parkın təmir-bərpa işləri qəsəbələrin sosial-iqtisadi inkişaf proqramına salınıb. Qurumdan bildirilib ki, vəsaitin növbəti hissəsinin aidiyyəti təşkilata ayrılmasından sonra işlər tamamlanacaq.