Bakıda intihar etdiyi deyilən qız tələbə imiş. Bu haqda 13 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Nərimanov rayonunda binanın 8-ci mərtəbəsindən yerə yıxılaraq dünyasını dəyişən Fidan Heydərova tələbə olub. Fidan Bakıda kirayə yaşayırdı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2-ci kurs tələbəsi idi.
Fidan Heydərova əslən Masallı rayonundan idi. Onun atası Rüfət Heydərov Qodman kənd tam orta məktəbinin müəllimidir.
Fidanın intihar etdiyi ehtimal olunur.