Suraxanı rayonunda sürüşmə nəticəsində evlərdə iri çatlar yaranıb.
Xəzərxəbər-ə istinadən hadisə Zığ qəsəbəsi Xanlar və Hətəm Allahverdiyev küçələrində baş verib. Sürüşmə nəticəsində evlər əyilib, hasarları, darvazaları və pilləkənləri isə yararsız vəziyyətə düşüb. “Hal-hazırda 3-cü etap köçürmə gözlənilir, İcra Hakimiyyəti tərəfindən müvafiq orqanlara müraciyyət göndərilib, vəsaitin ayrılması gözlənilir. Rayon İcra Hakimiyyətində vətəndaşların kirayə köçürmək üçün helə bir büdcə nəzarət tutulmayıb. Vətəndaşlar öz hesabına müvəqqəti kirayə tutmalıdırlar və ya gohumların evinə köçməlidirlər”- İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov məsələyə aydınlıq gətirib.
Qeyd edək ki, Zığ qəsəbəsində 55 hektar ərazi sürüşmə zonası kimi qeydə alınıb.