top
7 min yaşı olan Abşeronun qədim “daş yollar”ı
18 fevral 2023, 04:51
- +

7 min yaşı olan Abşeronun qədim “daş yollar”ı

Abşeronun qədim abidələrindən biri “daş yollar” hesab olunur. Bu abidə, həmçinin “araba yolları” kimi də tanınır və kanalşəkilli izlərə bənzəyir. Abşeronun “daş yollar”ı hazırda Türkan, Hövsan, Nardaran, Dübəndi, Qala, Suraxanı və s. qəsəbələrin ətrafında, yarımadanın məskunlaşma olmayan bir çox yerlərində qalmaqdadır.

XX əsrin əvvəllərindən bu abidələrə maraq daha da artmışdır. Bu, onunla bağlı idi ki, belə “yollar”ın dünyanın başqa yerlərində - Aralıq dənizi hövzəsində, Cənubi Avropada (Malta, Yunanıstan, İtaliya, Fransa) və s. yerlərdə də mövcudluğu, onların Abşeronun “daş yollar”ına bənzərliyi barədə məlumatlar yayılmışdı. Aralıq dənizi bölgəsində onları tədqiq edən alimlər bu abidələri e.ə. V minilliyə aid edirdilər. [https://www.window2baku.com/Ancient/cartruts.htm

“Daş yollar” barədə məlumata hələ XIX əsrə aid tarixi mənbələrdə rast gəlinir. Abidə ilk dəfə 1830-cu ildə Bakıda olan akademik E.Lens tərəfindən təsvir olunmuşdur. O, Böyük Zirə (Nargin) adasının daşlıq ərazisində dənizə doğru gedən, ikitəkərli arabaların zamanla silinmiş izlərini təsvir etmişdir. Bu yol ada boyu Şıxov kəndinə, Bakı buxtasının cənub sahilinə qədər uzanırdı. Daha sonra daş yollar haqqında məlumata tarixçi A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində rast gəlinir. Tarixçi yazırdı: “Bakı qəzasının Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərində, o cümlədən bəzi adalarda qayalar üstündə dənizə doğru gedən təkər izləri görünür. Sahil istiqamətində uzanan bu yolların sonluğu dəniz sularının altında qalır ki, bu da öz növbəsində zamanla dənizin səviyyəsinin qalxdığını göstərir”. [Bakıxanov Abbasqulu ağa. Gülüstani-İrəm. Bakı-2000] [Ленц Э.Х. Об изменениях высоты, которые претерпела поверхность Каспийского моря до апреля 1830 года// Воспоминания Императорской Академии наук Санкт-Петербурга. сер. 6. – 1832. – С. 67 - 102]

Bu yolların nə olduğu elm adamları arasında müzakirələrə səbəb olmuşdur və onlar müxtəlif fikirlər irəli sürmüşlər. Tarixçi alim Sara Aşurbəyli öz kitabında bu izlərin, həqiqətən, ikitəkərli araba yolları olduğunu iddia edir. Onun fikrincə, bu abidə Abşeron ərazisinin bir hissəsinin su altında qaldığını təsdiqləyir. [Ашурбейли С.Б. История города Баку: период средневековья. Баку-1992]

Abşeronda “daş yollar”ın aşkar edildiyi yerlər tunc dövrü və neolit ​​dövrü abidələri – qəbirlər, kurqanlar və qədim yaşayış məskənləri ilə tanınır. Bu səbəbdən bəzi tədqiqatçılar yolların qədim ibadət yerlərini bir-biri ilə birləşdirdiyini və ritual xarakter daşıdığını iddia edirlər. Başqa alimlərin fikrincə, bu “yollar” su üçün kanal kimi xidmət edib. Digər iddialara görə isə bu izlər karxanalarda istehsal olunan iri daşların yol boyu yayılması nəticəsində əmələ gəlib.  [https://azerhistory.com/?p=38867]

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:15

Magistraturaya sənəd qəbulu başladı

Aktual Xəbərlər
Bu gün, 11:41

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Aktual Xəbərlər
Bu gün, 11:15

Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Gecikmə ola bilər

Aktual Xəbərlər
Bu gün, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Bu gün, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Oxşar xəbərlər