top
Günün filmi: Joker
02 oktyabr 2022, 04:00
- ↺ +

Günün filmi: "Joker"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər vaxtınız xeyir, əziz izləyicilər. “Günün filmi” rubrikamız qaldığı yerdən davam edir. Bu gün çoxlarının baxdığı bir film haqda danışmaq istəyirik. Buna görə də spoyler verməkdən çəkinməyəcəyik.

Adətən insanlar filmin süjetinə və ya aktyorun oyununa diqqət edirlər, ancaq kinolarda vacib məlumat verən o qədər xırda məqamlar olur ki, çoxları buna fikir vermir. Hətta bəzən çəkiliş heyəti daha da incə düşünür və arxa plana belə xüsusi diqqət ayırır.

2019-cu ildə “Joker” filmi dünyada böyük səs-küyə səbəb oldu. Hər kəs baş rolda olan Xoakin Feniksin möhtəşəm oyunundan danışırdı, “Film aktyorun hesabına uğurlu oldu” kimi fikirlər səslənirdi. Xoakin Feniks inanılmaz performans göstərdi, ancaq kinodakı xırda detallar filmin əsl keyfiyyətindən danışır. Biz bu gün bu detallar haqda bəhs etmək istəyirik.

Bildiyimiz kimi, baş qəhrəman Artur Fleksin (Joker) idarə olunmayan gülüşlə müşayiət edilən psixi xəstəliyi var. İlk baxışda bu gülüşlərin təsadüfi vaxtlarda baş verdiyini düşünsək də, əslində Artur ətrafında və özündə mənəvi və fiziki ağrı hiss etdikdə gülməyə başlayır. Bu detal aktyorun psixoloji vəziyyəti haqda məlumat verir.

Kinonun əvvəllərində Artur Fleks “Pogo‘s” stendap klubunda çıxış edir. “Pogo’s” gerçək həyatda seriyalı qatil olmuş və kloun kimi işləyən Poqonun adından götürülüb. Bu detal filmin nə kimi personaj haqqında bəhs etdiyinə işarə edir.

Ssenari Jokerin yaranma prosesini ideal əks etdirib. Səhnələrin birində sağ əlli olan Artur öz gündəliyini yazan zaman qələmi sol əlinə keçirir. Bu kadr onun şəxsiyyətinin dəyişdiyini və yeni bir insanın ortaya çıxdığını göstərir. Daha sonra o, silahı da sol əlində tutmağa başlayır.

Qəhrəman dərmanların işə yaramadığını və onların istifadəsini dayandırdıqdan sonra özünü daha yaxşı hiss etdiyini söyləyir. Əslində isə dərmanlar təsir edir, onun həqiqi - qəddar tərəflərini ört-basdır edirdi. Buna görə də Artur həyatdan zövq ala bilmirdi. Dərmanları dayandırdıqdan sonra isə o, ətrafdakı xaos və qəddarlıqdan həzz almağa başlayır.

Filmdəki arxa plana verilən diqqət isə tam bir sənət əsəridir.

Filmdə hadisələrin neçənci ildə baş verdiyi deyilmir. Ancaq kinoteatr olan epizodlarda premyerası yalnız 1981-ci ildə baş tutmuş filmlərin posterləri əks olunur. Bu da hadisələrin hansı dövrdə cərəyan etdiyi haqda dəqiq məlumat verir.

Filmdə bir neçə saniyəlik metro xəritəsi görsənir. Həmin səhnə Nyu-Yorkda çəkilib, ancaq filmdə “Joker”in olduğu şəhər tamamilə uydurma olduğundan metronun sxemi və stansiyaların adları dəyişdirilib və film studiyasına töhfə vermiş insanların isimləri yazılıb.

Sadaladıqlarımız kinodakı detalların yalnız bir hissəsidir. Məhz bu cür incəliklər, eləcə də saundtrek, kinonun rəng palitrası, kostyum seçimi və əlbəttə ki, baş qəhrəmanın oyunu hamısı bir yerdə 50 milyon ABŞ dolları büdcəsi olan filmin dübtada qazancının 1 milyard ABŞ dolları keçməsinə nail olub.

[URIS id=72671]

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Oxşar xəbərlər