top
Yuxu kimi film…
16 oktyabr 2022, 06:00
- ↺ +

Yuxu kimi film…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün müstəqillik illərimizin ən sevilən filmlərindən biri haqqında bəhs edəcəyik. Ən maraqlısı da bu kino bir şəxsin yuxusu əsasında çəkilib.

Filmin çəkilməsinin ən başlıca səbəbkarı aktyor Şamil Süleymanovdur. Aktyor yuxusunda sevdiyi qızı qaçırdığını görür və bunu nənəsinə danışır. Nənəsinin onu yüngülcə döyməsindən sonra, Şamil Süleymanov bu hadisəni rejissora danışır və yuxu filmə çevrilir.

“Yuxu” filmi məhz belə ərsəyə gəlib.

Çəkilişləri 1993-cü illərdə start götürən film 2001-ci ildə təhvil verilir. Buna ekran əsərinə pul ayıran şəxsin müflis olması səbəb olur.

Aktyor heyəti olduqca zəngin olan filmin baş rollarında Nəsibə Zeynalova, Səyavuş Aslan, Zərnigar Ağakişiyeva, İlham Qasımov, Yaşar Nuri, Ayan Mirqasımova, Bəhram Bağırzadə, Qorxmaz Əlili və başqaları çəkiliblər.

Film bir-birini sevən iki gəncin məhəbbətindən bəhs edir. Əliabbas sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır... Və istədiyinə nail olur.

Filmin ekspromt çəkilən səhnələrindən biri isə Nəsibə Zeynalovanın nəvəsini qurtarmaq üçün polis bölməsinə gəlməsi olur.

Buzovna kəndində lentə alınan filmdə əslində, Yaşar Nuri Nəsibə Zeynalovanın qarşısını kəsməli idi. Lakin aktrisa deyir ki, Buzovnada heç kəs ağbirçək qadının qarşısını kəsə bilməz. Rejissor onunla razı olmasa da, Nəsibə Zeynalova öz bildiyini edir.

Ssenari müəllifləri Qasım Səfəroğlu və Fikrət Əliyev olan sənət əsəri dünya filmlərinin yer aldığı nüfuzlu reytinq platformasında (İMDb) 10 üzərindən 8.4-lə qiymətləndirilib.

Xoş seyrlər…

[URIS id=74930]

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər