top
8 Mart öncəsi qeyri-adi hədiyyələr üçün ideyalar: ən maraqlı yerli zərgərlik markalarının siyahısı
04 mart 2022, 06:40
- ↺ +

8 Mart öncəsi qeyri-adi hədiyyələr üçün ideyalar: ən maraqlı yerli zərgərlik markalarının siyahısı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər il martın əvvəlində kişilər sevimli qadınlarına nə hədiyyə edəcəklərini düşünürlər. Hər kəs bəşəriyyətin gözəl yarısına xoş təəccüb bəxş etmək istəyir, lakin çox vaxt qadının nədən zövq aldığından və nəyə üstünlük verdiyindən xəbərsiz qalan kişilər xanımların ürəyini nə ilə fəth edə biləcəklərini belə dərk etmirlər.

Bakuplus.az komandası təkcə gözəlliyi və milli üslubu ilə seçilən ən orijinal Azərbaycan zərgərlik brendlərini toplayıb. Belə bir hədiyyə təkcə gözəl deyil, həm də yerli rəssamları və zərgərləri dəstəkləyir və ənənəvi zərgərlik sənətini qoruyub saxlamağa kömək edir.

 

Aşağıda seçilmiş brendlərin siyahısını təqdim edirik:

NAR CRAFTS

mis, gümüş, polimer gil və muncuqlardan zərgərlik və aksesuarlar istehsal edən yerli emalatxanadır. Rəssamlar həm Azərbaycan milli üslubundan, həm də İndoneziya, Hindistan, Skandinaviya ölkələri və ərəb ölkələri kimi digər ölkələrin etnik motivlərindən ilham alırlar.

Qiymətlər metaldan, sifarişin özəlliyindən asılı olaraq 10-150 manat arasında dəyişir. Məhsulları Instagram səhifəsindən sifariş etmək mümkündür.

MİNALI

milli naxışlardan istifadə edilməklə hazırlanan əl işlərini təqdim edir. Ustalar gümüş və qızılla işləyirlər. Bu brendin fərqi ondan ibarətdir ki, müştərinin istəyi ilə məhsulu müxtəlif rəng və digər qiymətli daşlardan istifadə etməklə hazırlamaq olar. Bu vəziyyətdə, hazır məhsul üçün 10 gün gözləmək lazımdır. Lakin siz gözləmədən butikdə zəngin kolleksiyadan əşyalar da ala bilərsiniz.

Məhsulların qiymətləri 40 manatdan başlayır və seçilmiş metaldan, daşdan və ölçüdən asılıdır.

BUTALI

- 2016-cı ildə əsası qoyulmuş Azərbaycan Milli Brendi bu gün Azərbaycan zərgərlik sənətinin ən yaxşı ənənələrinin dirçəldilməsi və qorunub saxlanmasının gözəl nümunəsinə çevrilib. Müxtəlif texniki üsullarla hazırlanmış zərgərlik məmulatlarının tərtibatında Azərbaycanın qədim memarlıq abidələrində, xalça naxışlarının kompozisiya strukturunda, məşhur baş yaylıqlarının - kəlağayıların rəsmlərində rast gəlinən milli ornamentlər və rəmzlər əsas rol oynayır. Ustalar poladdan, gümüşdən və qızıl suyuna salınmış əl işləri yaradırlar.

SHAMSA Zərgərlik Məkanı

cəmi bir il əvvəl Azərbaycanda bazara çıxan gənc brenddir. Usta zərgərlər tarixi materiallardan və ədəbi əsərlərdən istifadə edərək zinət əşyaları yaradırlar. Onlar əsrlər boyu qadın zinət əşyalarında istifadə olunan elementləri yenidən yaradırlar. Zərgərlik məmulatları gümüşdən hazırlanır və bəzi nümunələr qızılla örtülür.

ART OF KUBACHI

Əminə Məzgərova tərəfindən təsis edilmiş ailə biznesidir. Zərgərlik məmulatları dəmirçi və zərgərləri ilə tanınan qədim Dağıstanın Kubaçi kəndinin adət-ənənələri əsasında hazırlanır. Əminə xanımın özünün dediyinə görə, gümüş üzüklərin ilk naxışlarını o, Memarlıq Universitetində birinci kursda oxuyarkən çəkib və atası onları düzəldib. Brendin missiyası Kubaçi kəndinin qədim mədəniyyətini qorumaqdır.

Məhsulların qiymətləri alıcının istəyindən asılı olaraq 25 manatdan başlayır.

RESM

zinət əşyaları qədim Azərbaycanın naxış və bəzəklərinin müasir interpretasiyasını təqdim edir. Bütün Resm məmulatları dizaynın tarixi mahiyyətini, naxışların mənşəyini və ənənəvi bəzəkləri izah edən fərdi təsvirlərlə təmin olunur. Bu nadir eksklüziv incəsənət əsərləri gözəllik və irsə təbii meyilliliyi, bağlılığı olan hər bir kəs üçün ideal hədiyyədir. Əşyaların ümumi estetik görünüşünü, habelə dəyərliliyini artırmaq məqsədi ilə zinət əşyalarında 14K/18K qızıldan, eləcə də qiymətli daşlardan istifadə edilir.

RESM brendi zinət əşyaları ilə yanaşı, ipək şal, şərf kimi müxtəlif aksesuarlar da təklif edir. Şərflərin qiyməti 70 manatdan, zinət əşyalarının qiyməti isə 190 manatdan başlayır.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Oxşar xəbərlər