top
Aktyor Ərəblinskinin şagirdi olan Sidqi Ruhulla
11 aprel 2023, 07:40
- +

Aktyor Ərəblinskinin şagirdi olan Sidqi Ruhulla

Ruhulla Fətulla oğlu Axundov 28 mart (9 aprel) 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olub. Aktyor “Vətən” dramında Sidqi rolunu məharətlə ifa etdiyindən yoldaşlarının məsləhəti ilə “Sidqi” ləqəbini qəbul etmişdir.

O, ibtidai təhsilini kənd müəllimindən alıb. Sidqinin mənəvi inkişafında atası Molla Fətullahın da təsiri olmuşdur. O, Füzuli və Nəsimi kimi şairlərin əsərlərini oxuyub, oğluna izah edərdi. 1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Lakin onun fikri təhsilini davam etdirmək idi. [Cəfərov M.C. Sidqi Ruhulla. Bakı-1949]

1904-cü ildə, atasının vəfatından sonra Sidqi Moskvaya oxumağa gedir. Lakin o, Moskvada qala bilməyib, Bakıya qayıdır. 1906-cı ildə Sidqi birinci dəfə N.Vəzirovun “Adı var, özü yox” komediyasında Telli rolunda səhnəyə çıxır. Bu zamandan o, Bakının müxtəlif fəhlə rayonlarında çıxış edirdi. Aktyor Ərəblinski Sidqinin istedadına böyük qiymət verirdi. Ərəblinski Ə.Haqverdiyevin “Dağılan Tifaq” faciəsinin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində yazmışdı: “Şagirdim Sidqi Ruhullaya”.

1908-ci ildə Bakıda Nəcəf bəyin “Müsibəti Fəxrəddin” faciəsi tamaşaya qoyulur. Ərəblinski Rüstəm bəy rolunu Sidqiyə tapşırır. Bu roldan sonra Ərəblinski ona: “İndi sən sənətkarsan, indi sən yarada bilərsən” deyir. Bakının qabaqcıl ziyalıları, yazıçıları, müəllimləri səhnə arxasına gəlib, gənc sənətkarı təbrik edirlər. Bu tamaşadan sonra o, peşəkar aktyor olmağa qərar verir. Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib, tamaşalar verir. [http://anl.az/el/emb/TEATR/aktyorlar/Sidqi_Ruhulla.htm ]

50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Süleyman Rüstəm, Rəsul Rza ilə yanaşı, rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa etmişdir.

Sidqi Ruhulla teatr aktyoru olmaqla yanaşı, rejissor, teatr təşkilatçısı olub. Aktyor “Gilan qızı”, “Hacı Qara”, “Qızıl kol”, “Kəndlilər”, “Fətəli xan” filmlərinə çəkilmişdir. [Axundov İmran. Sidqi Ruhulla. Monoqrafiya. Bakı-2019]

O, “Azərbaycan SSR-nin Əməkdar artisti”, “Azərbaycan SSR Xalq artisti”, “SSRİ Xalq artisti” fəxri adlarını alıb. Sidqi Ruhulla, həmçinin “Qırmızı Əmək Bayrağı” və “Lenin” ordenləri ilə, “Əmək igidliyinə görə” və “Qafqazın müdafiəsi üçün” medalları ilə təltif olunub.

Sidqi Ruhulla 5 may 1959-cu ildə 73 yaşında Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Bu gün, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
12 yanvar 2026, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
12 yanvar 2026, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Oxşar xəbərlər