top
Alman əsilli Forer ailəsinin Bakıda fəaliyyəti
04 mart 2023, 02:10
- +

Alman əsilli Forer ailəsinin Bakıda fəaliyyəti

10 may 1817-ci ildə Rus imperatoru I Aleksandr 700 Şvab ailəsinin (Şvabiya-müasir Almaniyanın cənub-qərbində, yuxarı Ren və Dunayda tarixi əyalət) Cənubi Qafqaza köçürülməsi haqqında Sərəncam imzaladı. Artıq 1819-cu ildə Gəncəçay çayının sağ sahilində, ilk Alman məskəni - Yelenendorf (Göygöl) qəsəbəsi meydana çıxmışdı. Almanlar Bakının özündə qəsəbələr salmasalar da, şəhərin mərkəzində məskunlaşırdılar və burada kənd təsərrüfatı mallarından ibarət mağazalar açırdılar. Azərbaycanda şərabçılıq təsərrüfatının qurucusu olan Forerlər ailəsi onlardan biri idi. [https://1news.az/az/news/20210709040538894-Neft-bumu-ve-almanlar-Azerbaycanda-narinci-qizil-nece-meydana-geldi-FOTO

Forerlər Şərab ticarətinə 1860-cı ildə başlamışdılar. Onların təsərrüfatı spirt, konyak və pivə sənayesindən ibarət idi. Şirkət qonşu əyalətlərdən, həmçinin Bakıdan da üzüm və şərab əldə edirdi. Forer pivə zavodu öz gücünə görə Zığdakı Bakı pivə zavodundan sonra Azərbaycanda ikinci yeri tuturdu. [Ахундова Туран. Немцы-колонисты Азербайджана: XIX-нач. XX в. Баку-1999]

XX əsrin əvvəllərində Forer şirkətinin Bakıda bir neçə mağazaları var idi. Onlardan biri Kolyubakinskaya (indiki Nigar Rəfibəyli) və Mariinskaya (indiki Rəsul Rza) küçələrinin kəsişməsində yerləşirdi. Digər bir mağaza Malaya Morskaya və Telefonnaya küçələrinin (indiki 28 May) kəsişməsində idi. Üçüncü mağaza Nijni Priyutskaya (indiki Süleyman Rəhimov) küçəsində, Forerlərin şəxsi evlərində yerləşirdi. Əsas anbar 213 nömrəli Kamenistaya (indiki Bəşir Səfəroğlu) küçəsində idi. [Форер Христофор и его сыновья Готлиб, Фридрих, Генрих и Христофор – предприниматели-виноделы — OurBaku]

Forerlərin evlərinin yaxınlığında Forer bağı salınmışdı. Burada bayramlar keçirilirdi, konsertlər verilirdi. Bağda boulinq meydançası və “Belvyu” adlı pivə restoranı açılmışdı. Bir müddət sonra bağın yerləşdiyi təpə “Forer dağı” kimi məşhurlaşmışdır. [Гумбатова Тамара. Баку и немцы. Баку-2008]

Sovet dövründə Forerlərin mülkləri milliləşdirildi. Forerlərin bir qismi güllələndi, digərləri isə Sibirə sürgün edildi.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:15

Magistraturaya sənəd qəbulu başladı

Aktual Xəbərlər
Bu gün, 11:41

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Aktual Xəbərlər
Bu gün, 11:15

Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Gecikmə ola bilər

Aktual Xəbərlər
Bu gün, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Bu gün, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Oxşar xəbərlər