top
Azərbaycanın ilk balerinası Qəmər Almaszadə
16 mart 2023, 08:15
- +

Azərbaycanın ilk balerinası Qəmər Almaszadə

Qəmər Hacıağa qızı Almaszadə 10 mart 1915-ci ildə Bakıda anadan olub.

6 yaşlı Qəmər rəqsə həvəs göstərir və indiki Bakı Xoreoqrafiya Məktəbinə yazılır. Lakin o, rəqslə məşğul olduğunu atasından gizlədir. Tezliklə bu sirr açılır və ata qızına qəzəblənir. Buna baxmayaraq, Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nəzdində fəaliyyət göstərən balet studiyasını bitirir və 1930-cu ildə həmin teatrda işə başlayır. Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxır. Atası isə onun bütün tamaşalarına gizli baş çəkir. [İradə Əliyeva. Azərbaycan səhnəsinin ilk balerinası. Azərbaycan.-2015.- 8 mart.- S.5.]

1933-cü ildə Almaszadə Rusiyaya gedərək indiki Vaqanova adına Rus Balet Akademiyasına daxil olur. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyir.

Balerina 1940-cı ildə bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk peşəkar çıxışını edib, Gülyanaq rolunun ilk ifaçısı olub. “Qız qalası”nın 1948-ci ildə yeni - ikinci quruluşunun baletmeysteri Almaszadə olub. [Rəhmanlı Ə. Qəmər Almaszadə. Bakı-2017]

Qəmər Almaszadə teatrda fransız bəstəkar Adolf Adanın “Korsar”, rusiyalı bəstəkar Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, italyan bəstəkar Sezar Puninin “Esmeralda” kimi baletlərində əsas partiyaları, Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqsləri ifa edib. [Baletimizin təqvimi-Qəməridir...Qobustan: Sənət toplusu.-2015.- № 1.- S.21-23.]

O, 1950-ci ildə səhnə fəaliyyətini başa vurduqdan sonra Opera və Balet teatrında baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında rol oynayıb.

1970-ci ildə İraqın Mədəniyyət Nazirliyi orada ilk milli rəqs ansamblını yaratmaq üçün Qəmər xanımı Bağdad şəhərinə dəvət edir. Cəmi iki il ərzində o, İraqda rəqs kollektivi yaradır. Kollektiv dünyanın 50-dən çox ölkəsində uğurlu qastrol səfərlərində olur, beynəlxalq rəqs festivallarında iştirak edir və qələbələr qazanır. [İradə Əliyeva. Azərbaycan səhnəsinin ilk balerinası. Azərbaycan.-2015.- 8 mart.- S.5.]

O, “Qırmızı Əmək Bayrağı” ordeninə, AzSSR-nin Əməkdar və Xalq artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb.

Qəmər Almaszadə 7 aprel 2006-cı ildə Bakıda vəfat edib, Birinci Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:15

Magistraturaya sənəd qəbulu başladı

Aktual Xəbərlər
Bu gün, 11:41

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Aktual Xəbərlər
Bu gün, 11:15

Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Gecikmə ola bilər

Aktual Xəbərlər
Bu gün, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Bu gün, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Oxşar xəbərlər