top
Azərbaycanın məşhur ekstrasensləri
05 oktyabr 2024, 06:30
- +

Azərbaycanın məşhur ekstrasensləri

Ekstrasenslər görücülük, telepatiya, gələcəyi proqnozlaşdırmaq və ya ruhlarla ünsiyyət qurmaq kimi fövqəltəbii qabiliyyətlərə sahib olduqlarını iddia edən insanlardır.

Azərbaycanda əhali arasında məşhur olan bir çox tanınan var. Onlar tez-tez proqnozları, şəfa və digər paranormal qabiliyyətləri ilə diqqəti cəlb edirlər. Onların qabiliyyətləri mübahisəli və şübhəli ola bilər, lakin bir çox insanlar üçün böyük və mistik fiqurlar olaraq qalırlar.  Bakuplus.az Azərbaycanda yeddi ən məşhur ekstrasenslər haqqında qısa məlumatı təqdim edir.

Ekstrasens, cindar Həsən Həsrətli 

Həsən Həsrətli

Həsən Həsrətli, Azərbaycanda ekstrasens və cindar kimi tanınır. O, müxtəlif mediumluq qabiliyyətləri ilə, insanların problemlərinə, gələcəklərinə və enerjilərinə dair məlumatlar təqdim etməsi ilə məşhurdur.

"Heç kim deyə bilməz ki, mənim qəbulumda olub, bu qədər pul verib və kimisə məhv etdirib. Kimisə məhv edə biləcək qüvvəyə malik olsam da, etmərəm. Çünki ən birinci Allah qarşısında söz verdim.

Heç kim "Həsən fırıldaqçıdır" deyə bilməz. Mən Allaha qarşı heç nə etmirəm, etmərəm də. Axı cinli xəstələri sağaltmaq nə vaxtdan günah olub? Özünü dindar adlandıran həmin şəxs açıqlama versin ki, şəfa vermək nə vaxtdan günahdır. Cinli xəstə gəlir yanıma, mən onu sağaldıram. Bu, günah deyil. Dində cin də, cadu da var", - o, müsahibələrin birində qeyd edib.

Ekstrasens Nadim Əlixanov

Nadim Alixanov  Ekstrasens Nadim Əlixanov "Bitva ekstrasensov" verilişi ilə müqayisə olunan və Azərbaycanda kifayət qədər marağa səbəb olan "Ekstra hiss" verilişinin qalibidir. Nadim Azərbaycanda və dünyada baş verəcək siyasi proseslərlə bağlı sensasion fikirləri ilə məşhurdur. O, 2013-cü ildə 2020-ci ildən dünyada və Qarabağda savaş başlayacağını bildirmişdi.

N.Əlixanov müsahibələrin birində insanlarla necə işlədiyindən danışıb: "Cadu, nəfs, göz olduğunu bütün dini kitablar qəbul edib. Əgər bu, ali kitablarda qəbul olunubsa, mübahisə etməyimizə heç bir əsas yoxdur. Özüm bu işin içində olduğum üçün bilirəm ki, bu hallar 100 faiz realdır. Amma bəziləri ondan pul qazanmaq üçün yanlış şəkildə istifadə edirlər. Bir neçə tanınmış adam var ki, sırf onların ailələri ilə işləyirəm. Nazir, nazir müavini, icra başçısı və müğənnilər də var onların arasında. Mən enerji ilə işləyirəm. Yanıma gələn adama baxmaq üçün bir gün əvvəldən qüsl alıb, baxacağım insanın əşyasından enerji alıram və informasiya oxuyuram".

Ekstrasens, psixoloq Səbuhi İmanov

Səbuhi İmanov

Səbuhi İmanov Ukrayna televiziyasının STV kanalında yayımlanan "Ekstrasenslərin savaşı" beynəlxalq layihəsinin ən güclü iştirakçısı olduğunu sübut edib.  O, Rusiya-Ukrayna müharibəsinin 2024-cü ildə bitəcəyini proqnozlaşdırıb.

"Paranormal hadisələr 20 yaşımdan etibarən başladı. Yuxularda agah olurdu. Əvvəla gecələr istəsən də yata bilmirsən. Səhər azan vaxtına qədər oyaq qalırdım. Bir neçə ay 2-3 saat yatırdım. Və həmin ərəfələrdə çox yuxu görürdüm. Gördüyüm yuxular isə gerçək olurdu", - İmanov müsahibələrin birində etiraf edib.

Ekstrasens Aqil Məhərrəmov

Aqil Məhərrəmov

 

Aqil Məhərrəmov öz sahəsinin ən güclü peşəkarlarından sayılır. O, dəfələrlə Ukraynada "Voyna mirov" (Aləmlərin savaşı), Rusiyada "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) kimi ekstrasenslərlə bağlı layihələrdə iştirak edib. Məhərrəmov bu layihələrin hamısında ən yaxşı iştirakçı kimi özünü sübut edib. Eyni zamanda o, uzun müddət Rusiyanın məşhur "Komsomolskaya pravda" qəzetinin "Qoroskop" bölməsinin müəllifi olub.

"Mən ruhları idarə edirəm. Yetərincə bu işdə güc topladıqdan sonra bu sahənin dərinliklərini öyrənirsən. Bundan sonra əvvəl səni idarə edənləri sən idarə etməyə başlayırsan. Buna magiyada "adept" (magiyanın daha dərinliyini bilən şəxs) deyirlər. Arxamda 40-dan çox ruh dayanır. Qovuşdurmaq, ayırmaq, uzaqdan gətirmək, barışdırmaq, əsirlikdən geri qaytarmaq, həbsdən xilas etmək və s. biznes məsələləri zamanı da ruhlardan kömək istəyirəm, amma ruhlardan maddi məsələlərdə yardım diləmirəm" , - müsahibələrin birində A.Məhərrəmov bildirib.

Ekstrasens Zirəddin Rzayev

Zirəddin Rzayev

Əslən Şəmkirdən olan Zirəddin Rzayev "Ekstrasenslərin döyüşü" tök-şousunun finalçısı olub. Mediumun dediyinə görə, anası hamiləlik dövründə qeyri-adi oğlan uşağının doğulacağını anlayıb. Qadın Zirəddin adının səsləndiyi iki peyğəmbərlik yuxusu görüb və nəticədə doğulan uşağa belə ad verib. Rzayevlər ailəsi hesab edir ki, Zirəddin ana tərəfdən Məhəmməd peyğəmbərin nəslindəndir uzaq qohumdur və bu, onun gələcək taleyində həlledici amil olub.

Dörd ali təhsili olan Zirəddin Rzayev Moskva Dövlət Universitetinin də fəlsəfə fakültəsinin məzunudur. Tanınmış azərbaycanlı ekstrasens İtaliyanın Prodeo universitetinin fəxri doktoru adını alıb, Avropa Səhiyyə Assosiasiyasının fəxri professoru seçilib.

Ekstrasens, parapsixoloq Etibar Nəsibov 

Etibar Nəsibov

26 ildir parapsixoloq kimi tanınan Etibar Nəsibov üç ali təhsili alıb və hazırda Rusiya ekstrasenslər birliyinin üzvüdür.

"14 yaşımda özümdə qeyri-adi hallar hiss etməyə başladım. 10-cu sinifdə oxuyanda bir gün dərsdən gəldim və kliniki ölüm keçirdim, 3 ay ayılmadım. Ayılandan sonra isə başladım hadisələri danışmağa. İlk dəfə bibim qızına bir xəbər dedim. Neçə il uşağı olmurdu, dedim filan vaxtdan sonra uşaq sahibi olacaqsan və gerçəkləşdi. Başladı qonşular, eşidənlər gəlməyə. Hərə bir dərdlə müraciət edirdi. 

Xanımlar gəlirlər ki, filankəslə mənə şirinlik et. Boşanan qadınlar daha çox olur. Gəlir ki, filan kişini mənə düzəlt. Deyirəm ki, mən cadugər deyiləm. Kimin ailəsini dağıdım?", - müsahibələrin birində vergisi barədə söhbət açıb.

Ekstrasens, parapsixoloq Vüsal Mərdinli 

Vüsal Mərdinli

1984-cü ildə Füzuli rayonunun Verdinli kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsində, daha sonradan isə Türkiyədə psixologiya üzrə təhsil alıb.

"İlk dəfə 14 yaşımda fövqəltəbii güc fərqinə vardım. Əvvəlcə psixoterapevtə müraciət etdik, məlum oldu ki, əslində, heç bir problemim yoxdur. Hiss edirdim ki, başqa varlıqlar mənimlə əlaqə yaratmağa çalışır. Bu, adətən gündüzlər baş verirdi.

Psixologiyada insan beynində "şəxsiyyətin ikiləşməsi" deyilən bir proses var. Beynimdə ikinci bir "mən" işə düşürdü. Hiss edirdim ki, kimsə məni çağırır. Mənə aidiyyəti olmayan informasiyalar gəlirdi.

Cinlər də şüurlu, energetik varlıqlardır. Sadəcə, cinlər bizim kimi dadla yox, qoxu ilə qidalanırlar. Onlar vücud əldə etmək istəyirlər. Onların başçıları insan cildində gəzir. Cinlər daim insan olmaq istəyirlər. Cin insan bədəninə daxil olanda insanın əsəb sistemini ələ keçirir", - ekstrasens müsahibələrinin birində deyib.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

UEFA "Ayntraxt"a "Qarabağ"la oyunda azarkeş dəstəyini qadağan etdi

Xəbər
Dünən, 17:20

Sabah hava yağmursuz keçəcək

Xəbər
Dünən, 16:20

Təhsilin İnkişafı Fonduna yeni rəhbər təyin olundu

Xəbər
Dünən, 16:10

Qadın kişini övladları ilə görüşməyə qoymadı, döyüldü

Xəbər
Dünən, 15:20

Polis xeyli sayda silah-sursat aşkarlayıb

Xəbər
Dünən, 14:20

Azərbaycan Ermənistana neft satacaq

Xəbər
Dünən, 13:32

Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib

Xəbər
Dünən, 13:20

Borc faizindən faiz tutula bilməz – Ali Məhkəmə

Xəbər
Dünən, 12:20

Rəsul Quliyev Bilgəhdəki torpaq sahəsini 5 milyon manata satıb

Xəbər
Dünən, 11:20

Masazırda liderlik mübarizəsi

Xəbər
Dünən, 10:20

Bakıda maşın avtobus dayanacağına çırpıldı, sürücü öldü

Xəbər
Dünən, 09:24

"Qumar kralı"nın Bakıdakı mülkləri - SİYAHI

Xəbər
17 dekabr 2025, 18:00

Bakıda sabahın havası

Xəbər
17 dekabr 2025, 17:20

Məşhur özəl klinikada sertifikatsız fəaliyyət

Xəbər
17 dekabr 2025, 16:20

Bakıda 31 yaşlı qadın dəm qazından öldü

Xəbər
17 dekabr 2025, 15:35

"Hər kəsdən üzr istəyirəm" - Sabiq nazirin qızı

Xəbər
17 dekabr 2025, 15:20

Bakıda orta məktəbdə FACİƏ: Müəllim iş başında ÖLDÜ

Xəbər
17 dekabr 2025, 14:20

Masazırda mebel sexinin fəaliyyəti dayandırılıb

Xəbər
17 dekabr 2025, 13:20

Su polisi Bibiheybətdə əməliyyat keçirdi: Saxlanılan var

Xəbər
17 dekabr 2025, 12:20

Vəkili təhqir edən jurnalist cəzalandırıldı

Xəbər
17 dekabr 2025, 11:20

Azərbaycanda 7000-dən çox alkoqollu içki saxta çıxdı

Xəbər
17 dekabr 2025, 10:20

"Bakı Məişət Maşınları" ləğv edilir

Xəbər
17 dekabr 2025, 09:24

Yasamal və Səbail sakinlərinin nəzərinə: Qaz olmayacaq!

Xəbər
17 dekabr 2025, 09:15

Yasamalda cinsi azlıq polisə tabe olmadı - Həbs edildi

Oxşar xəbərlər