top
Bürclərdə şeytanla mələk qarşıdurması
01 may 2024, 08:00
- +

Bürclərdə şeytanla mələk qarşıdurması

Hər bir insanın daxilində yaxşı və pis, ruhu öz tərəfinə çəkməyə çalışan Mələk və Şeytan yaşayır. Həyat boyu onlar bir-biri ilə mübarizə aparırlar. Bakuplus hər bürcün daha çox şər, yoxsa xeyir qüvvəllərə yaxın olduğunu araşdırıb, sizə məlumat verir.

QOÇ

“İlanı yuvasından çıxarar” sözləri sırf Qoç üçün deyilib: şirin dillə ağlınızı alıb, marionet kimi sizi oynadar. Bu bürcün nümayəndələri daim daxili şeytanla döyüşürlər. Mələk cildində yaşayan Şeytan müsbət enerji və yoluxucu təbəssümlə əks-cinsin ürəyini oğurlamağa qadırdir: Qoçun tələsinə düşənlər ondan asılı olurlar. Lakin içindəki Mələk ona pis vərdişlərlə məşğul olmağa, kiməsə ziyan verməyə imkan vermir.

BUĞA

Ürəyi təmiz Buğa saflığına görə bir çox halda başqaları tərəfindən aldadılır. Lakin başqalarına zərər vermək onların xarakterində deyil. Amma vay o insanın halına ki, Buğanı özündən çıxarsın: bir anda Mələkdən Şeytana çevrilir! Onun xətrinə dəyən insanın qisasını alar, özü də qəddarcasına: bəlkə də statistika aparılsa, manyakların çoxu Buğa bürcündən olar. Şeytan Buğanı münasibətdə də qəddar olmağa sürükləyir: onu sevən insana əzab verməkdən həzz alar.

ƏKİZLƏR

Əkizlər sizi “Çaya susuz aparıb, susuz gətirər”: çox bicdir və bu xüsusiyyətə görə onu tələyə salmaq çox çətindir. Şeytan tüklü bu bürc baxışı ilə, görünüşü ilə, əsas da dili ilə başqasına istədiyini etdirər, heç o insanın ruhu da inciməz! İçindəki Mələk sevgi işlərində çox kömək olur: saf, təmiz eşq yaşamaq istəyirsinizsə, Əkizlərlə münasibətə girin. Bu bürc xeyirxahlığı, dostluğu, ədaləti çox sevir, ona görə də Şeytan bu məsələdə onu əsla yoldan çıxara bilməz!

XƏRÇƏNG

Şeytan Xərçəngə maddi dəyərlər, pul yolunda göstərişlər verir, mənəvi olanı unutdurur. Mələk isə əksinə, ona ən vacib şeyin dostluq, sevgi və ailə olduğunu söyləyir. Bu bürc Şeytana uysa, yalan danışmağa, ikiüzlü və mənfəət üçün yaltaq olmağa başlayır. Lakin Xərçəng güclü bir insandır, səhv yoldan doğru yola qayıda və içində pisliyi boğa bilir. Mələk Xərçəngə mərhəmət və şəfqət qabiliyyəti verir: bu səbəbdən onun ətrafında çoxlu dostlar olur. Heç vaxt insanları yarı yolda qoymaz, kömək üçün son qəpiyini verər.

ŞİR

Şeytan Şir bürcündən olan insanları yoldan çıxarmaq üçün min bir üsuldan istifadə edər: onun üçün bu çox çətindir. Lakin Şeytan qalib gələndə Şirin ruhunu zəhərləyir, onu həyatdan narazı salır, dostlarından və sevdiklərindən uzaqlaşdırır. Mələk isə səhv yola getməyə qoymur, bürcü ruhən güclü və müdrik edir. Daim mübarizədə olduqlarından Şirlər alov saçırlar: ona görə də bu bürcdən olan insanlar əks-cinsi asanlıqla özünə aşiq edir. 

QIZ

Qızda həm Mələk, həm də Şeytan yaşayır: qarşınızdakının kim olduğunu tutmaq çətindir. Şeytan Qızı təkəbbürlü olmağa, tənqidi qəbul etməməyə məcbur edir. Ancaq Mələk onu ədalət, dürüstlük uğrunda mübarizə aparmağa və mərhəmətli olmağa sövq edir. Lakin bir nəfərdən xoşu gəldisə, Şeytan onun qulağına “hər cür üsulu sına” pıçıldaya və bu bürcün ruhunu Məcnun edə bilər. Mələk Qıza həyati enerji verir, istənilən tapşırığı yerinə yetirməyə kömək edir və həyatın çətinliklərinə baxışları daha optimist edir.

[URIS id=136841]

Son xəbərlər

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:02

"Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey..." - Ülvi Qənizadə

Xəbər
Dünən, 12:20

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Xəbər
Dünən, 11:29

AYNA-dan 20 Yanvar dairəsindəki yeniliklə bağlı AÇIQLAMA

Xəbər
Dünən, 11:08

Avtomobili vaxtında yumadığı üçün ŞİLLƏLƏNDİ

Xəbər
Dünən, 10:47

"Bu sualla Firəngiz xanımın qəlbini qırıb, atamın ruhunu incidirlər" - Ülkər Yaşarqızı

Xəbər
Dünən, 10:34

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

Xəbər
Dünən, 10:29

Yasamalda qanunsuz çörək bişirirlərmiş

Xəbər
Dünən, 09:34

Bakıda məktəbli qız itkin düşdü

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2025, 18:00

Bakıda "Changan" qarət edildi

Xəbər
03 noyabr 2025, 17:17

Abubakar Premyer Liqanın tarixinə düşdü

Xəbər
03 noyabr 2025, 17:07

Sabiq məhkum bu dəfə də 9 illik CƏZA ALDI

Xəbər
03 noyabr 2025, 16:14

Bakıda avtomobildən meyit tapıldı

Oxşar xəbərlər