top
Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey... -  Ülvi Qənizadə
04 noyabr 2025, 13:02
- +

"Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey..." - Ülvi Qənizadə

Məhz o, Gənclər və İdman Nazirliyi tərəfindən tərtib edilən ötən ayın ən yaxşı idmançıları reytinqinə başçılıq edib. Bu da tam haqlı qərardır - çünki o, Olimpiya idman növləri arasında dünya çempionu titulunu qazanan yeganə azərbaycanlı idmançıdır.

Buna görə İdman.biz müsahibəni elə ondan - yunan-Roma güləşi üzrə artıq ikiqat dünya çempionu olan Ülvi Qənizadədən götürmək qərarına gəldi.

- Ülvi, uzun müddət görüşə bilmədik, çünki dediniz ki, müəyyən probleminiz olub. Siz ölkəmizə, Güləş Federasiyasına, eləcə də Gənclər və İdman Nazirliyinə "qızıl" qazandırmaqla problemləri həll edirsiniz. Bəs sizin problemlərinizi kim həll edir?

- Gözəl sualdır (gülür). İndi əsas odur ki, cavabım yeni problemlər yaratmasın. Mənim problemlərimi, ilk növbədə, ailəm həll edir - onlar həmişə mənə dəstək olur. Federasiya məşqlərlə, vitamin təminatı ilə, fizioterapiya və zədədən sonra müalicə məsələləri ilə məşğul olur. Nazirlik isə mənim yarışlara getməyimə, orada "qızıl" qazanmağıma və maliyyə məsələlərinə yardım edir. Qısası, iş bölgüsü belədir.

- "Vikipediya" ilə bağlı probleminizi kim həll edəcək? Doğum yeriniz və tarixinizlə bağlı yanlış məlumatı kimsə düzəldəcəkmi?

– Eh, deməyin, bu, doğrudan da problemə çevrilib! Mən Sumqayıta və sumqayıtlılara, eləcə də Azərbaycanın bütün bölgələrinə böyük hörmətlə yanaşıram. Amma mən Suraxanı rayonunun Hövsan qəsəbəsində doğulmuşam, böyümüşəm və bu gün də orada yaşayıram. Lakin "Vikipediya"da nədənsə hələ də doğulduğum yer kimi Sumqayıt göstərilir. Həm də mən 1 yanvar yox, 1999-cu il 19 yanvarda doğulmuşam. O "1" rəqəmi haradan çıxıb, bilmirəm. Fürsətdən istifadə edib, sizin sayt vasitəsilə doğru məlumatı çatdırmaq istəyirəm!

- Doğum ili ilə bağlı problem yoxdur ki? Yoxsa o da səhv göstərilib?

- Yox, doğum ilimlə bağlı hər şey qaydasındadır. Amma uşaq vaxtı güləşəndə çoxları deyirdi: "Bu uşaq "lipa"dır!" - və hakimləri buna inandırmağa çalışırdılar (gülür).

- Daha böyük görünürdünüz?

- Yox, sadəcə, demək olar ki, bütün yaşıdlarımı vaxtından əvvəl, 8:0 hesabı ilə məğlub edirdim. Hətta məndən bir-iki yaş böyük olanları da. Ona görə düşünürdülər ki, yaşım şəxsiyyət vəsiqəsində göstəriləndən yuxarıdır.

- Siz rəqəmlərin magiyasına inanırsınız? Çünki bir çox idmançılar bu məsələyə inanırlar. Məsələn, siz "doqquz"larla əhatələnmisiniz.

- Yox, mən belə şeylərə inanmıram. Amma indi yadıma düşdü: idmana demək olar ki, doqquz yaşımda başlamışam və ilk məşqlərə Kriştianu Ronaldunun "doqquz" nömrəli "Mançester Yunayted" formasında getmişəm (gülür). Özüm "yeddini" sevirəm, amma "doqquzu" da bəyənirəm. Amma elə insanlardan deyiləm ki, maşının və ya telefonun nömrələri eyni rəqəmlərdən ibarət olsun. Belə məsələlər mənlik deyil. Baxmayaraq ki, imkanım var, amma bu, mənə heç bir zövq vermir.

- Yaxşı, elə sizlik deyil. Bəs nədən zövq alırsınız?

- Necə deyim... (düşünür) Məsələn, yaxınlarımla ünsiyyətdən. Əgər onlar yaxşıdırsa, mən də yaxşı oluram. Onlara, Allah göstərməsin, nəsə olsa, bu, mənim əhvalıma və idman nəticələrimə dərhal təsir edir.

- Nəticələr demişkən. Siz ikiqat dünya çempionusunuz, amma Avropa çempionu yalnız bir dəfə olmusunuz. Həm də bu il Avropa birinciliyində yalnız üçüncü yeri tutdunuz, baxmayaraq ki, dünya titulunuzu qorudunuz.

- Çox ağrılı mövzudan danışdınız... Bəli, mən üç dəfə Avropa çempionu ola bilərdim, əgər hakim ədalətsizliyi olmasaydı! Bu il ilk görüşdə macar idmançısı Levente Levayi ilə qarşılaşdım. Döyüşün bitməsinə beş saniyə qalmış 4:3 hesabı ilə irəlidə idim. O, üzümü zədələdi, hakimlər isə iki xal mənə yox, ona verdilər. Biz etiraz etdik, amma qəbul olunmadı və macar idmançısı əlavə xal alaraq 6:4 hesabı ilə qalib gəldi. Yaxşı ki, o, Avropa çempionu oldu və mənə "bürünc" uğrunda mübarizə imkanı yarandı.

Keçən il Buxarestdə türkiyəli Səlcuq Xanla qarşılaşmada onu, demək olar, "təmiz" udmuşdum, amma yenə qələbəni rəqibə verdilər. Ona görə düşünürəm ki, iki Avropa çempionluğumu ədalətsizlik ucbatından itirdim.

- İki dünya çempionluğu demişkən, siz bu titulu uğurla qorudunuz. Necə düşünürsünüz, nə üçün bizim Olimpiya çempionlarımız öz uğurlarını təkrarlaya bilmirlər?

- Mən də bu barədə çox düşünmüşəm, amma açığı, bilmirəm. Bir şeyə əminəm - məsələ, çoxlarının düşündüyü kimi, maliyyədə deyil. Məsələn, Rusiyada da Olimpiya "qızılı"na görə yüksək mükafatlar verilir, amma orada təkcə ikiqat yox, çoxqat Olimpiya çempionları da var. Həm də məsələ idmançıların sonradan "şou simalarına" çevrilməsində deyil. Düşünürəm ki, burada bir qədər bəxt amili var. Axı, bizim üç güləşçimiz - Namiq Abdullayev, Toğrul Əsgərov və Rövşən Bayramov - iki dəfə Olimpiya finalında olublar, amma Rövşən hər iki finalı uduzub... Mariya Stadnikin isə ümumilikdə dörd Olimpiya medalı var, iki dəfə finalda güləşib. Bəzən bu, bəxtsizlik, bəzən rəqibin üstünlüyü, bəzən də mənim Avropa çempionatında yaşadığım kimi hakim səhvi ilə bağlı olur. Yəni problem nə mükafatda, nə də qələbədən sonra idmançının "özünü buraxmağında" deyil.

- Bu fikrə tam qatılıram: hələ foto çəkdirməkdən əvvəl gərək insanlar səni tanısın, imza istəsin, şəkil çəkdirməyi özləri istəsin. Yeri gəlmişkən, sizi Hövsanda tanıyırlarmı?

- Əgər desəm ki, hamı tanıyır, düz olmaz. Heç kim tanımır desəm, bu da doğru deyil. Amma, əlbəttə, məni, misal üçün estrada ifaçısı qədər tanımırlar. Məsələn, Nəfəs Hövsana gələrsə hamı onunla şəkil çəkdirməyə qaçar. Mənə qarşı isə belə ajiotaj yoxdur.

- Necə düşünürsünüz, niyə ikiqat dünya çempionu belə, doğma qəsəbəsində, məsələn, "Nəfəs" və ya "Damla"dan az maraq doğurur?

- Bu sual mənə yox, sizin peşə sahiblərinə ünvanlanmalıdır. Əgər televiziya və saytlar idmançılardan daha çox bəhs etsəydilər, onları yalnız qələbə günlərində deyil, gündəlik həyatlarında da göstərsəydilər, əminəm ki, bizi də az tanımazdılar. İdmanda tanınan simaların sayını barmaqla saymaq olar.

Şəxsən mənim yadıma Rafael Ağayev və Hacı Əliyevdən başqa heç kim düşmür. Bəlkə, Paris Olimpiadasından sonra Hidayət Heydərov da bu sıraya qoşular. Amma, məsələn, cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyevi çox az adam simadan tanıyır.

Mətbuat məhz belə insanları tanıtmalıdır - gənclərə, yeniyetmələrə nümunə ola bilənləri. Bu, təkcə idmançılarla məhdudlaşmamalıdır - ali məktəbə ən yüksək balla daxil olan abituriyentlər, teatr aktyorları, gənc yazıçılar da ola bilər. Qısası, o insanlar reklam olunmalıdır ki, cəmiyyətə nəsə yaxşı öyrədə bilsinlər, yalnız bel oynatmağı və geyim nümayiş etdirməyi yox.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Yasamalda velosipedləri oğurlayan iki qardaş TUTULDU

Xəbər
Dünən, 16:43

Bakıda hoteldə adamı döydülər, bahalı telefonunu əlindən aldılar

Xəbər
Dünən, 15:51

Tanınmış simalar Horovlu kəndində…  - VİDEO

Xəbər
Dünən, 14:23

Xalq artisti: "Gənclərimiz iki-üç il birlikdə yaşasınlar, sonra ailə qursunlar"

Xəbər
Dünən, 13:13

Sabah Bakıda 27 dərəcə isti olacaq

Xəbər
Dünən, 11:31

Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi

Xəbər
Dünən, 10:50

Bakıda gözəllik salonlarına qənim kəsilən gənc həbs edildi

Xəbər
Dünən, 09:58

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

Xəbər
02 iyun 2026, 18:00

Sabahın hava proqnozu

Xəbər
02 iyun 2026, 17:30

Bakıda neft şirkətinin əməkdaşı iş yerində öldü

Xəbər
02 iyun 2026, 17:00

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Xəbər
02 iyun 2026, 16:30

"Sabah" Çempionlar Liqasına Avstriyada hazırlaşacaq

Xəbər
02 iyun 2026, 16:24

Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü?- ŞOK DETALLAR

Xəbər
02 iyun 2026, 15:30

Keçmiş arvadını dayısı oğlu ilə birgə oğurladı, şillə-təpiklə döydü

Xəbər
02 iyun 2026, 14:37

Bakıda marketə BASQIN: Satıcını döyüb malları apardılar - VİDEO

Xəbər
02 iyun 2026, 13:49

Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir

Xəbər
02 iyun 2026, 13:46

Bakıda binadan yıxılan gənc qız SAĞ QALDI

Xəbər
02 iyun 2026, 11:55

Akademik Musiqili Teatrda "Balaca şahzadə" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub

Xəbər
02 iyun 2026, 10:34

Masazırda yüzlərlə həyəti su basıb

Xəbər
02 iyun 2026, 09:32

Bakıda faciə: Qatar kişini vurub öldürdü

Xəbər
01 iyun 2026, 18:00

Bakıda motosiklet qaçıran yeniyetmə tutuldu

Xəbər
01 iyun 2026, 17:10

Usta təmir işləri apardığı evdən altı min dollar oğurladı

Xəbər
01 iyun 2026, 16:10

Tanışını öldürməkdə ittiham edilən mağaza sahibi məcburi müalicəyə göndərildi

Xəbər
01 iyun 2026, 15:10

Qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb

Oxşar xəbərlər