Hava ünsürü: Əkizlər, Tərəzi və Dolça
Bu üçlüyü yaradıcılıq və zəka birləşdirir. Hava ünsürü nümayəndələrinin əsas xüsusiyyətləri təmas, çeviklik və uyğunlaşmadır. Hava adamları müstəqildirlər və onlar azadlığı və rahatlığı qiymətləndirirlər. Onlar yerləri və mühitləri dəyişməyi sevir və yeni ideyalara, layihələrə həvəslidirlər. Hava ünsürünün nümayəndələri tez-tez əhval dəyişikliyindən əziyyət çəkə, həmçinin əsəbi və qərarsız ola bilərlər. Münasibətlərdə azadlığı qiymətləndirirlər, eyni zamanda çox tələsik qərar verməkdən çəkinirlər: adətən bu bürclər 30 yaşdan sonra evlənənlər.
Yer ünsürü: Buğa, Qız və Oğlaq
Yer ünsüründən olan insanlar ayıq düşünmə qabiliyyəti ilə seçilirlər: hətta kritik vəziyyətlərdə çıxış yolu tapmağı bacarırlar. “Bu günlə yaşayıram” şüarı bu insanlara aid deyil: gələcəklərini düşünəndirlər və adətən dar gün üçün onların yatırımları olur. Yer ünsürünün nümayəndələri müstəqilliyi sevirlər və çox nadir hallarda kiməsə işləyərlər. Nə istədiklərini bilirlər və tədricən buna nail olmağa çalışırlar. Sakitdirlər və münaqişələri sevmirlər. Amma onların səbri daşsa, dəhşətli nəticələrlə əsl “zəlzələ” baş verəcək. Onların hissləri dərin və güclü, daxili həyatları zəngindir.
Alov ünsürü: Qoç, Şir və Oxatan
Bu bürclərin nümayəndələri şanslıdırlar və maddi sabitliyə gəldikdə yaxşı intuisiyaya malikdirlər. İstədiklərini ala bilən insanlardır: ağıllarına nəsə düşübsə, onu əldə etmək üçün hər şey edərlər. Od ünsürünə aid insanlar ehtiraslı sevgilidirlər. Bununla belə, sevgi hissləri tez alovlanıb, eyni sürətlə sönə bilər. Bu insanlar maneələr yarandıqda onları aradan qaldırmaq üçün güc və enerjini tez səfərbər edirlər. Onların aparıcı xüsusiyyətləri səbir, düşüncəlilik, əzmkarlıq, səmərəlilik, ambisiya, inadkarlıq və məsuliyyətdir. Od ünsürü nümayəndələri maliyyə, incəsənəntlə bağlı peşələrdə ən böyük uğurlara imza atırlar.
Su ünsürü: Xərçəng, Əqrəb, Balıqlar
Su müstəqil, azad və hər yerdə uyğunlaşandır: bu səbəbdən Xərçəng, Əqrəb və Balıqlar sərhəd tanımırlar və hər yerdə özlərini göstərər, yeni ideyalar verər və sonda hamını təəccübləndirib yüksəklərə qalxarlar. Su ünsüründən olanlar dəyişikliklərə tez uyğunlaşır və monotonluqtan yorulurlar. Onlar ağıllı, yaxşı yaddaş və öyrənmə qabiliyyətli, kreativ, əla erudisiya və zəkaya sahib insanlardır. Su ünsürü nümayəndələri çox ünsiyyətcildirlər, asanlıqla çoxlu dostlar qazanır və hər kəs haqda hər şeyi bilir. Bu insanlar böyük həssaslığa malikdirlər, kövrəkdirlər, daha çox daxillərinə qapanırlar.
[URIS id=140080]