Tərəzi
Çox tez yad insanlarla əlaqə qura bilən bürcdür: bu səbəbdən onlardan çox vaxt biznesmenlər çıxır. Hər kəsi xoşbəxt etməyə çalışır: sevməsi o qədər gözəldir ki, bəlkə Məcnun Tərəziyə paxıllıq edərdi. Bu bürclə münasibətə girdinizsə, bütün fikriniz, gözünüz, sevginiz sırf onda olmalıdır: bunu görməsə, sizinlə vidalaşacaq. Səhv etməkdən qorxmaz: etsə də peşman olmaz, çünki ən azından bu işi sınayıb. Qəfil əhval dəyişikliyinə hazır olun: bir anda sakit dovşandan qəzəbli aslana çevrilə bilər. Əla strateqdir: məqsədə çatmağa rəvan yanaşır, manevr edir və məsələnin hər tərəfini öyrənir, sonda isə yeganə düzgün seçim edir. Tərəzi hava bürcləri arasında liderdir: böyük motivatordur və rəhbərlik etməyi bacarır.
Əqrəb
Həm etibarlı, həm də təhlükəli ola bilər: o, həmişə hiss və emosiyaların təsiri altındadır və daxilən öz-özü ilə döyüşür. Sevməyi bacaran bürcdür, lakin çox vaxt əks-cins tərəfindən zərbələr alır: tez bir insana vurulmaq və ona güvənmək xüsusiyyəti Əqrəbin başına min bir bəla gətirir. Ona təsir etmək mümkün deyil: başqalarının fikirlərinə əhəmiyyət verməyən, öz yolu ilə gedən biridir. Bu, 12 bürcün ən parlaq əlamətlərindən biridir. Dəblə uyğunlaşan biridir: çöldə gəzərkən insanların gözü onda olur. Qisas almağı sevir: amma ona qəsdən müdaxilə edən və ya zərər verənlər üçün təhlükəlidir. Əqrəb üzə qarşı həqiqəti söyləməyə üstünlük verir: kimin həyatında bu bürcdən olan biri varsa, ondan yapışsın və heç vaxt buraxmasın.
Oxatan
Ən səbirli bürclərdən biri Oxatandır: bu özəllik onları yavaş-yavaş qoyduğu məqsədlərə çatdırır. Əllərinin duzu var: çox vaxt Oxatan əla aşpaz və şirniyyatçıdır. Sadiq dostdur: çox mehriban, səmimi və empatik bir insandır, həmişə təsəlli və yardım etməyə hazırdır. Bəzən bu bürc sərt və aqressiv ola bilir, amma heç kimə pislik arzulamır. Çox seçicidir: bu, dostluqda, münasibətdə də əks olunur: 100-ünü yoxlayar, 1-ini buraxar yaxınına. Sözbaz deyil, bu səbəbdən rahat ona sirrinizi deyə bilərsiniz: qəbrə kimi özü ilə aparacaq. Yalan danışmağı bacarmır: danışsa belə, dərhal tutacaqsınız. Oxatan sevdiklərinə tamamilə güvənən böyük uşaqdır: insanlarda yalnız ən yaxşısını görər, çatışmazlıqlara isə haqq qazandırar.
Oğlaq
İnsanların səhv olduğunu sübut etmək onların ən sevimli işidir. Yüksək standartlarına görə onları məmnun etmək çox çətindir: dünyanın nemətini gətirsəniz, deyəcək bəyənmirəm. Başqalarını idarə etməkdə ustadırlar: onların təzyiqini dəf etmək çətin ola bilər. Xarici sakitliyin və laqeydliyin arxasında çox incə və həssas biri gizlənir. Pis xüsusiyyətlərindən biri onların kinli olmağıdır: 10 il əvvəl baş verən hadisəni lazımi yerdə, lazımi vaxtda yada sala bilərlər. Oğlaq bürcünün məsləhətlərinə qulaq asın: axı onun güclü zehni var və intuisiya ilə yaxşı münasibətdədir, gələcək hadisələri inanılmaz dərəcədə proqnozlaşdıra bilir.
Dolça
Çox müstəqil, heç vaxt qəfəsdə olmayacaq bir bürcdür. Ətraflarında olanlarla ya çox maraqlanırlar, ya da onlar heç maraqlarında deyil: yəni onlar üçün orta mövqe yoxdur. Dəyişkən xasiyyətə malikdirlər və onunla münasibətdə olanlar bunu qəbul etməlidirlər. Ən qaranlıq sirlərini özləri ilə məzara aparacaqlar: çox sadiq dostdurlar. Maraqlıdır ki, Dolça ona əks olan Oğlaq, Xərçəng və Qızla daha möhkəm dostluq qurur, nəinki bürcünə oxşar biriləri ilə. Gülüşlərinin arxasında milyardlarla duyğu gizlədirlər: çox vaxt yaxın insanlardan sevgi umurlar. Çox güclü fantaziyaya malikdirlər: bu özəllik onları kreativ insan edir. Ünvanlarına gələn tənqidlərə münasibətdə çox səbirlidirlər, hər “atılan daşı” gözəlcə görürlər, amma reaksiya verməyə tələsmirlər. Dolçalar başqalarının fikirlərinə hörmətlə yanaşırlar, bütün bu xüsusiyyətlər onları daha özəl edir.
Balıqlar
Balıqlar təkcə sevdikləri üçün deyil, həm də astroloqlar üçün açılmamış bir sirdir. Onun bir prinsipi var: hər şeyi özündə saxla. Balıqlar özlərini kənardan görməyi də bilirlər. Onlar keçmişi təhlil edib gələcəyi proqnozlaşdırırlar. Sevginin girovuna çevrilirlər: Balıq heç vaxt zəif tərəflərini göstərmir, amma onun əsas qorxusu aldanmaqdır. Bu bürc sakit, mülayim bir insan təəssüratını verir, lakin onun daxilində çox böyük bir güc var, bunun sayəsində yoluna çıxan hər kəsi toz edər. Balığa qeyd-şərtsiz etibar edə bilərsiniz: o, yalan danışmağı sevmir, baxmayaraq ki, bunu necə edəcəyini gözəl bilir.
[URIS id=136074]