top
Bəstəkar Üzeyir Hacıbəyovun Bakıda fəaliyyəti haqqında
17 sentyabr 2022, 23:00
- ↺ +

Bəstəkar Üzeyir Hacıbəyovun Bakıda fəaliyyəti haqqında

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür. Ümummilli lider Heydər Əliyevin müvafiq fərmanına əsasən, Hacıbəyovun doğum günü - 18 sentyabr ölkədə Milli Musiqi Günü kimi qeyd olunur.

Bəstəkarın yaradıcılığının böyük hissəsi Bakı şəhəri ilə bağlıdır.

Hacıbəyov 1905-ci ilin oktyabr ayında buraya köçür. O, əvvəlcə Bibi-Heybət, daha sonra Səadət şəhər məktəbində dərs deməyə başlayır. Pedaqoji fəaliyyəti ilə yanaşı, elmlə də məşğul olur - “Arifmetika məsələləri”, “Rus-türk və türk-rus lüğəti” dərsliklərini tərtib edir.

Hacıbəyov, həmçinin görkəmli jurnalist kimi tanınır. O, “Həyat”, “İrşad”, “Tərəqqi”, “İqbal”, “Yeni İqbal”, “İttihad” və başqa qəzetlərdə tərcüməçi kimi işləyir və məqalələri ilə çıxış edir. Hacıbəyov tənqidi məqalələr, hekayələr və felyetonlarını “Filankəs”, “Bisavad” kimi təxəllüslər altında dərc etdirir. O, rus yazıçısı Nikolay Qoqolun “Şinel” hekayəsini də Azərbaycan dilinə tərcümə edib.

[Məmmədli Q. Üzeyir Hacıbəyov. Bakı-1985]

Bəstəkarın iştirakı ilə 12 yanvar 1908-ci ildə Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında (indiki Musiqili Komediya Teatrının binasında) onun yazdığı “Leyli və Məcnun” operası səhnəyə qoyulub. Bu hadisə müsəlman Şərqində opera sənətinin əsasını qoyub.

AXC dövründə Hacıbəyov ölkənin ictimai - siyasi həyatında yaxından iştirak etmişdir. Həmin dövrdə Hacıbəyovun yaratdığı “Milli marş”, “Çırpınırdın Qara dəniz” bu gün bütün türk dünyasının himninə çevrilmişdir. “Azərbaycan marşı” isə 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul olunmuşdur. [http://ders.musigi-dunya.az/biography.html]

1921-ci ildə Hacıbəyovun təşəbbüsü ilə Bakıda Azərbaycan Dövlət Konservatoriyasının, 1922-ci ildə isə azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbinin - Azərbaycan Dövlət Türk Musiqi Texnikumunun əsası qoyulub.

[https://science.gov.az/ru/forms/osnovateli-nana/2639] 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər