QOÇ (21 mart - 19 aprel)
Bu həftə tələsik qərarlar verməməyə çalışın - hər qərar və planlara daha çox vaxt ayırın. Mümkündürsə, bu həftə ümumiyyətlə heç bir mühüm qərar qəbul etməyin - istər işdə, istərsə də şəxsi həyatınızda. Subay Qoçların sevgi macərasına atılmaq şansları böyükdür. Evlilər isə bu həftə romantik anlar yaşayacaqlar. Həftə ərzində xərclərinizə fikir verin, çünki həddindən artıq xərcləmə ehtimalı yüksəkdir. Həftəsonu gözlənilməz hadisələrə hazır olun. Hər şey planınıza uyğun getməyəcək, amma ruhdan düşməyin - dəyişikliklər yaxşılığa doğru olacaq. Uğurlu günləriniz 13, 14, 17, 18 iyun, uğursuz günləriniz isə 15, 16 iyundur.
BUĞA (20 aprel - 20 may)
Bu həftə şəxsi həyatınızda gələcəyinizi kökündən dəyişə biləcək hadisələr gözlənilir. Bu ərəfələr bütün işləriniz çox asanlıqla alınacaq, ona görə də uzun müddətdir yeni bir şey öyrənməyi planlaşdırırsınızsa, buna başlamaq üçün ən yaxşı vaxtdır. Həftənin əvvəli işgüzar səfərlər və danışıqlar üçün çox əlverişli olacaq. Ancaq həftənin sonunda hər hansı bir səfərdən imtina etmək daha yaxşıdır, çünki onlar olduqca uğursuz ola bilər. Sevgilinizlə münasibətlər daha da möhkəmlənəcək, xoşbəxt anlar yaşayacaqsınız. Sağlamlıq haqqında da unutmayın, indi çox həssassınız - depressiyaya düşmək ehtimalı var. Uğurlu günləriniz 15, 19 iyun, uğursuz günləriniz isə 17, 18 iyundur.
ƏKİZLƏR (21 may - 21 iyun)
Bu həftə sizi çoxlu xoş məqamlarla sevindirəcək. Əgər imicinizi dəyişməyi planlaşdırırsınızsa, fikirlərinizi həyata keçirməkdən çəkinməyin. Bu həftə maliyyə tərəfdən də bolluq gözlənilir. Şəxsi münasibətlərdə hisslərinizi gizlətməyin - birindən xoşunuz gəlirsə, çəkinmədən bunu etiraf edin, yoxsa sevgi qatarınız əldən gedəcək. Valideynlərinizi də unutmayın və onlarla mümkün qədər çox vaxt keçirin. Tətilə çıxmaq, gözəl istirahət etmək üçün əsl vaxtdır. Həftənin sonunda işsiz olanlar özünə yeni, gəlirli iş tapacaqlar. Uğurlu günləriniz 17, 18 iyun, uğursuz günləriniz isə 13, 14 iyundur.
XƏRÇƏNG (22 iyun - 22 iyul)
Bu həftə həqiqətən zövq gətirən işlərlə məşğul olacaqsınız. Çalışın xoşlamadığınız insanlardan uzaq durun - sizin hissiniz sizi aldatmır, onlar sizə gələcəkdə problemlər yarada bilər. Şəxsi münasibətlərinizdə soyuqluq yarana bilər, davalardan uzaq durmağa çalışın. Ortada anlaşılmazlıq varsa, bunu partnyorunuzla birlikdə, sakitcə həll etməyə çalışın. Maliyyə məsələlərində diqqətli olun. Buna görə də, böyük və ya plansız alış-verişlərdən imtina etmək daha yaxşı olar. İş tapmaq, CV yerləşdirmək, müsahibədən keçmək üçün məhsuldar günlərdir. Uğurlu gününüz 19 iyun, uğursuz günləriniz isə 15, 16 iyundur.
ŞİR (23 iyul - 22 avqust)
Bu həftə görəcəyiniz hər bir iş uğurlu alınacaq. Sadəcə pozitiv olun, pessimist olsanız, özünüzə inanmasanız, arzularınız həyata keçməyə bilər. Maddi durumunuz xeyli artacaq, həyatınızda kiçik bonuslar olacaq. Bu həm maddi tərəfdən, həm də sevgi tərəfdən ola bilər. Subay Şirlərin yeni münasibətlərə başlaması üçün əlverişli zaman deyil. Ulduzlar sizin üçün ən ideal partnyoru gələcək üçün saxlayıb. Egoist olan bəzi Şirlər, çalışın dəyişin, bu dünyada siz tək deyilsiniz, başqalarını da düşünmək lazımdır. Həftəsonu səfərə çıxın, bol-bol istirahət edin. Uğurlu günləriniz 13, 14 iyun, uğursuz günləriniz isə 17, 18 iyundur.
QIZ (23 avqust - 22 sentyabr)
Bu həftə istənilən işiniz sizin üçün çox asan gələcək. Bundan əlavə, işdə həmkarlarınızdan və müdirinizdən məsləhət istəməkdən çəkinməyin - bu, yeni zirvələrə çatmağınıza kömək edəcək. Bu həftə bürcün tənha nümayəndələrinin maraqlı tanışlıqlar etmək üçün gözəl şansı var. Buna görə də, şənliklərdə iştirak etmək və ya sadəcə şəhərdə gəzmək kimi təkliflərdən imtina etməyin. Münasibətdə olan Qızlar partnyor tərəfindən xoş sürprizlər alacaqlar. Çoxdandır fikrinizdə olan proyektləri reallaşdırmaq üçün əsl vaxtdır - ilk addımı atın, ardı isə yağ kimi gedəcək. Uğurlu günləriniz 15, 16 iyun, uğursuz günləriniz isə 14, 19 iyundur.
TƏRƏZİ (23 sentyabr - 23 oktyabr)
Bu həftə Tərəzilər ciddi qərarlar verəcəklər. Belə bir qərarı və ya sadəcə vacib bir söhbəti təxirə salırdınızsa, onu həyata keçirməyin vaxtı gəldi. Çünki bu həftə işlərin müsbət yöndə gedəcəyi ehtimalı çoxdur. Həftənin əvvəlində sizi unudulmaz səfərlər və maraqlı insanlarla görüşlər gözləyir. Tanışlıq çox faydalı ola bilər. Həftənin sonunda diqqətinizi məişət problemlərinə yönəltməyin, çünki bu, lazımsız münaqişələrə səbəb ola bilər. Əgər uzun müddətdir ki, həkimə getməyi ertələyirsinizsə, o zaman bunu elə indi etməlisiniz. Axı daha çox uzatsanız, sonradan sağlamlığı bərpa etmək çox çətin olacaq. Uğurlu günləriniz 13, 14, 17, 18 iyun, uğursuz günləriniz isə 15, 16 iyundur.
ƏQRƏB (24 oktyabr - 21 noyabr)
Bu həftə gələcəyinizi fikirləşmək üçün əsl vaxtdır. Gözəl ailə, ev, gəlirli iş arzulayırsınız? Ola bilər ki, bunun üçün yetərincə səy göstərmirsiniz. Gələcəyinizlə bağlı planlar qurun və bütün işərinizi onlara uyğun qurun. Axı siz Əqrəbsiniz, əgər nəyisə istəsəniz və buna doğru addımlar atsanız, sizdə hər şey alınacaq. Həftənin ortalarında əliniz pulla oynayacaq - bədxərc olmayın, lazımi yerlərə xərcləyin. Həftənin sonunu sevgilinizlə keçirin. Əgər aranızda hər hansı münaqişə varsa, həftənin sonu onları həll etmək üçün əlverişli zamandır. Uğurlu günləriniz 15, 19 iyun, uğursuz günləriniz isə 17, 19 iyundur.
OXATAN (22 noyabr - 21 dekabr)
Bu həftə işiniz yağ kimi gedəcək - işlədiyiniz yerdə sizin şəkliniz şərəf lövhəsində ola bilər. Çünki sizə tapşırılan işləri hamıdan gözəl görəcəksiniz, müdiriyyət isə sizdən məmnun qalacaq. Karyera yüksəlişi gözlənilir, lakin diqqətli olmalısınız - sizə paxıllıq edənlər də artacaq və onlar sizi taxtdan aşağı endirməyə çalışacaqlar. Həftəsonu pərəstişkarlarınız artacaq - güllər, hədiyyələr, komplimentlər alacaqsınız, hər kəs sizin ürəyinizi əldə etmək istəyəcək. Böyük bir alış və ya investisiya etməkdən çəkinməyin. Uğurlu günləriniz 13, 14, 17, 18 iyun, uğursuz gününüz isə 19 iyundur.
OĞLAQ (22 dekabr - 19 yanvar)
Həftənin ilk yarısında diqqətinizi ev işlərinə yönəldin və özünüzə daha çox vaxt ayırın. Axşamları ya evdə, ya da çox yaxın dostların əhatəsində keçirməyə üstünlük verin. Həftənin əvvəlində lazımsız xərclərə və ya görüşlərə yox deyin, çünki maddi tərəfdən problemləriniz yarana bilər. Öz sağlamlığınıza da diqqət yetirin - dənizə getmək və ya dostlarınızla açıq havada gəzintiyə çıxmaqla gözəl vaxt keçirə və istirahət edə ilərsiniz. Həftənin sonuna yaxın planlaşdırdığınız hədəflərə doğru addım atmaq barədə qərar verin və hərəkətə başlayın. Ola bilər ki, şəxsi həyatınızda müsbət tərəfə doğru köklü dəyişikliklər baş verəcək. Uğurlu günləriniz 15, 16, 19 iyun, uğursuz gününüz isə 18 iyundur.
DOLÇA (20 yanvar - 18 fevral)
Öz sağlamlığınıza diqqət yetirməlisiniz - son vaxtlar ağır işlər görürsünüz, stresə düşürsünüz. Əgər canınız işdən vacibdirsə, bu həftə tətilə çıxın və ya ən azı əlavə iki gün istirahət götürün, gözəl dincəlin. İstirahət sizə iş əhvali-ruhiyyəsinə uyğunlaşmağa və yeni güclə işlər görməyə kömək edəcək. Həftənin ortasında tək qalmaq daha yaxşıdır - çox səs-küylü yerlərə getməyin. Sevgilinizlə romantik anlar yaşayın - hədiyyə almaq, sürprizlər etmək aranızdakı münasibətinizi daha da möhkəmləndirəcək. Həftənin sonunda subayların bəxti gətirəcək - Kupidon sizin üçün ən gözəl insanı seçib ona sevgi oxunu atacaq. Uğurlu günləriniz 13, 16, 19 iyun, uğursuz gününüz isə 15 iyundur.
BALIQLAR (19 fevral - 20 mart)
Bu həftə sizi uğurlu günlər gözləyir - ulduzların ən sevimli bürcü siz seçilmisiniz. Maaşın artması və ya pul mükafatı almaq şansı çox yüksəkdir. İşdə aktiv olun, yeni ideyalar təklif edin - müdiriyyət bunu qiymətləndirəcək və gələcəkdə karyeranızda qabağa getməkdə kömək edəcək. Lakin həftəiçi kiçik münaqişələr ola bilər - paxıllar sizə quyu qazacaqlar, ancaq elə özləri ora düşəcəklər. Subay Balıqlar sevgi axtarışına çıxmalıdırlar - bəyəndiyiniz biri varsa, onu qarmağa keçirin. Uğurlu günləriniz 15, 16, 19 iyun, uğursuz günləriniz isə 13, 14 iyundur.